Modern.az

İçərisində iki ton kokain olan sualtı qayıq saxlanıldı

İçərisində iki ton kokain olan sualtı qayıq saxlanıldı

Current

24 Noyabr 2019, 23:06

İspaniyanın hüquq-mühafizə orqanları 2 ton kokainin olduğu sualtı qayığı saxlayıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki, sualtı qayıq Qalisiya muxtar vilayətinin sularında aşkarlanıb. Onun Kolumbiyadan gəldiyi güman edilir.

Polis faktla bağlı azı iki nəfəri saxlayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Yerli "La Voz de Galicia" qəzeti isə bildirib ki, sualtı qayıqdakı kokain 3 tondan çox olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı