Modern.az

Tovuzda polis zabiti 17 yaşlı gənci vurdu

Tovuzda polis zabiti 17 yaşlı gənci vurdu

Aktual

25 Noyabr 2019, 22:17

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində olub.

Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı