"Prezident İlham Əlivevin tapşırıqı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasında baxış keçiriblər".
Modern.az xəbər verir ki, bu barədə Nazirlər kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
İ.Məmmədov bildirib ki, artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib:
"Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək".
Noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığında keçən hissəsində torpaq sürüşməsi baş verib. Nəticədə yolun 300 metrədək hissəsi çöküb.
Mail Ağaxanov