Modern.az

İstanbuldan Bakıya uçmalı olan sərnişinlər digər aeroporta çatdırılacaq

İstanbuldan Bakıya uçmalı olan sərnişinlər digər aeroporta çatdırılacaq

Aktual

6 Fevral 2020, 09:00

Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar "Buta Airways"in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə "Buta Airways"in mətbuat xidmətindən bildiriblər.

 

Məlumatda deyilir: "Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar "Buta Airways"in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaqlar.

 

Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar".

 

Qeyd edək ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 179 nəfər isə xəsarət alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı