Modern.az

“Eurovision”un bu günkü açılışına xüsusi proqram hazırlanıb

“Eurovision”un bu günkü açılışına xüsusi proqram hazırlanıb

Aktual

19 May 2012, 15:46

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin rəsmi açılış mərasimidir. Modern.az xəbər verir ki, Bakı "EuroClub"unda keçiriləcək təntənəli açılış mərasimində builki müsabiqənin bütün təmsilçiləri, eyni zamanda xüsusi qonaqlar iştirak edəcəklər. Mərasimə qatılacaq bütün qonaqlar qırmızı xalı üzərindən keçəcək. Açılış mərasimi üçün xüsusi proqram hazırlanıb. Məhz bu proqramla şəhərimizin qonaqları Bakıda salamlanacaq.

Mayın 19-u eyni zamanda Bakı "EuroVillage"nin açılışı ilə yadda qalacaq. “Eurovision” Mahnı Müsabiqəsinin daha bir əsas məkanlarından olan "EuroVillage" bu gündən müsabiqə sevərlərin, qonaqların və paytaxt sakinlərinin ixtiyarına veriləcək. Artıq bu gündən etibarən Dənizkənarı Milli Parkda, açıq hava altında fəaliyyətə başlayan məkanda mütəmadi olaraq konsertlər təşkil olunacaq, maraqlı tədbirlər keçiriləcək.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı