Modern.az

Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü

Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü

Aktual

6 İyul 2020, 15:30

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb.

 

Modern.az xəbər verir ki, nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.

 

Biləsuvar RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub.

 

Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb. (Qafqazinfo.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı