Modern.az

Strateji Araşdırmalar Mərkəzi İtaliya nümayəndəsini Ağdama aparıb

Strateji Araşdırmalar Mərkəzi İtaliya nümayəndəsini Ağdama aparıb

Aktual

21 İyun 2012, 11:35

İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri Ağdamda məskunlaşan  məcburi köçkünlərlə görüşüblər. Bu barədə Modern.az Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, 18-22 iyun tarixində SAM və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirmək üçün Bakıya gələn Trento bölgəsinin nümayəndələri iyunun 21-də Ağdam bölgəsinə rəsmi səfər ediblər  və orada məskunlaşan  məcburi köçkünlərlə görüşüblər. Nümayəndə heyəti SAM-nin direktor müavini Gülşən Paşayeva, İtaliyanın Trento Universitetinin  Hüquq fakültəsinin Müqayisəli Konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin Sosial elmlər fakültəsinin professoru Mitya Zagar, İtaliyanın Trento Universitetinin Müqayisəli və Avropa hüququ üzrə Araşdırmalar Məktəbinin tədqiqatçısı Elizabetta Pulice, İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidzedən ibarət olub. Görüşün əsas məqsədi təmas xəttində yaşayan məcburi köçkünlərin yaşam tərzini, çətinliklərini bilmək, fikirlərini daha yaxından öyrənmək olub.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı