Modern.az

Ədliyyə Nazirliyindən qeyri-adi bayram hədiyyəsi

Ədliyyə Nazirliyindən qeyri-adi bayram hədiyyəsi

Aktual

5 Mart 2022, 19:24

Bir neçə gün sonra dünyada və ölkəmizdə 8 mart Qadınlar Günü qeyd ediləcək.

 

Modern.az xəbər verir ki, bu dəfəki bayram ərəfəsində Ədliyyə Nazirliyi bir nümunəvi təşəbbüslə çıxış edib və nazirliyin xanım əməkdaşları adından Qarabağda əkilməsi üçün min ağac ianə edilib.

 

Bununla bağlı Qarabağ Dirçəliş Fondu Ədliyyə Nazirliyinə İanə sertifikatı təqdim edib. 

 

Xatırladaq ki, Ədliyyə Nazirliyi belə bir təşəbbüsü Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən görüşdə irəli sürmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı