Modern.az

Rubl dollar qarşısında BATIR

Rubl dollar qarşısında BATIR

مورد توجه

10 Mart 2022, 11:40

Rusiya rublı dəyər itirməkdə davam edir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ticarət məlumatlarına görə, 1 dollar 121 rubla yüksəlib.

Bu, bütün zamanların ən yüksək göstəricisidir. 

1 avro isə 130,5 rubl olub.

Martın 1-dən martın 5-dək Moskva Birjasının səhmlər bölməsində, eləcə də fond və törəmə alətlər bazarlarının digər bölmələrində mütəşəkkil ticarət aparmayıb. Hərrac ilk dəfə fevralın 28-də ləğv edilib. Belə bir tədbirin köməyi ilə Mərkəzi Bank Rusiyanın maliyyə bazarında sabitliyi qorumağa çalışır.

Martın 10-da məlum olub ki, Mərkəzi Bank Moskva birjasında ticarəti bərpa etməmək barədə qərar verib. Həmçinin, tənzimləyici brokerlərə birjada və birjadankənar bazarda satışları müvəqqəti olaraq qadağan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı