Modern.az

İslahatlar dövlətin daxili siyasətinin göstəricisidir

İslahatlar dövlətin daxili siyasətinin göstəricisidir

Aktual

10 Mart 2022, 21:15

Azərbaycan Respublikası artıq özünü bütün dünyada sabit iqtisadi-siyasi inkişaf yolu tutmuş dövlət kimi tanıtmışdır. Otuz ilə yaxın müddət ərzində torpaqlarının iyirmi faizinin işğal edilməsinə baxmayaraq, tarixi və beynəlxalq hüquq tərəfindən tanınmış sərhədlərinin bərpasını sülh yolu ilə təmin etmək istəyini bütün əməlləri ilə göstərirdi. Son nəticədə tarixi ədaləti müharibə yolu ilə bərpa etdikdən sonra da beynəlxalq standartlara uyğun davamlı siyasət yeritdiyini nümayiş etdirdi. 


Beynəlxalq arenada nüfuzlu mövqe qazanmış Respublikamız daxili siyasətində də sabit və düşünülmüş addımlar atır. Müharibədən sonrakı dövrdə əhalinin sosial-iqtisadi durumunun yüksəldilməsinə və rifahının artırılmasına yönəldilmiş çoxşaxəli islahatlar dövlətin daxili siyasətinin göstəricisidir. Ölkədə aparılan sosial-iqtisadi islahatlar artıq yeni mərhələyə qədəm qoymuşdur, respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradılmışdır. İslahatlar sırasında eyni zamanda, struktur dəyişiklikləri də aparılmaqdadır.

 

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda bu, bilavasitə ciddi nöqsanların mövcudluğu ilə bağlı olur  və elə buna görə də bir sıra struktur dəyişikliklər mərkəzi və icra orqanlarının idarəetməsində yol verilən pozuntuların aradan qaldırılmasına yönəldilmişdir. Bir sıra hallarda belə orqanlarda dövlətin etimadını doğrultmamaq hallarına qarşı qəti tədbirlər görülməsi zərurəti yaranır, lazım gəldikdə vəzifə səlahiyyətlərini yerinə yetirməyən şəxslər hərəkətlərinin layiqli qiymətini alır.

 
Qeyd edilən nöqsanlarla yanaşı, təskinlik və qürurverici bir məqam bundan ibarətdir ki, dövlət rəhbərliyi belə hallara göz yummur, bunlara şəxsən nəzarət edir və ən kiçik pozuntuların qarşısı dərhal, qəti şəkildə alınır, əhalinin maraqlarına xidmət siyasəti həmişə əsas xətt kimi dəstəklənir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bu məsələləri daim diqqət mərkəzində saxlayır və bu sahədə barışmaz mövqe tutduğunu nümayiş etdirir.

 

Dövlət başçısı hələ altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində də ölkədə aparılan islahatların konseptual və struktur xarakteri daşıdığını bildirərək qeyd etmişdir:

 

“Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin yaradılması, eyni zamanda, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq”.

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı