Gürcüstanda son sutka ərzində koronavirusa 658 yeni yoluxma faktı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, son sutkada daha 3478 nəfər müalicə olunaraq sağalıb, 6 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 645 959 yoluxma aşkarlanıb, onların 1 615 166-sı sağalıb, 16 704 nəfər isə həyatını itirib.