Modern.az

Əkrəm Əylisli ilə bağlı daha bir BƏYANAT

Əkrəm Əylisli ilə bağlı daha bir BƏYANAT

Aktual

7 Fevral 2013, 14:21

Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata Azərbaycanın xalq yazıçısı, “Daş yuxular” romanı ilə böyük qalmaqala səbəb olan Əkrəm Əylisli ilə bağlı bəyanat verdi. Modern.az-ın məlumatına görə, bəyanatda qeyd edilib ki, tanınmış yazıçı Əkrəm Əylislinin Azərbaycan –erməni münasibətləri mövzusunda qələmə aldığı “Daş yuxular” romanı  cəmiyyətdə təpki ilə qarşılanıb, kəskin neqativ rəy və hərəkətlərə səbəb  olub.

İctimai Palata hər kəs kimi ,  Əkrəm Əylislinin də  ifadə azadlığını,   yaradıcılıq  hüquqlarını qeydsiz-şərtsiz tanıyar; eyni zamanda,   bu əsərdə erməni - Azərbaycan münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan  tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına  etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir.

Təəssüflə  qeyd edilməlidir ki, müəllifin  niyyətinin nə olmasından asılı olmayaraq bu roman Azərbaycan və erməni xalqları arasında münaqişənin aradan qalxmasına deyil, dərinləşməsinə   xidmət edir;  xalqlar arasında düşmənçilik və nifaq yayanların cəbbəxanasında yer tutur və  Azərbaycana, onun xalqına qarşı  istifadə olunacaqdır.

İctimai Palata  Ə. Əylisliyə və ailəsinə qarşı təqibləri, xüsusilə qaragüruhçu, səviyyəsiz divantutma çağırışlarını yolverilməz hesab edir və pisləyir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı