Modern.az

Putinin hədələdiyi prezident ona zəng etdi

Putinin hədələdiyi prezident ona zəng etdi

Aktual

14 May 2022, 15:30

Finlandiya prezidenti Sauli Niinistö ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Sauli Niinistö ölkəsinin NATO-ya üzv olmaq niyyəti barədə məlumat verib.


Modern.az-ın Ria Novosti-yə istinadən verdiyi xəbərə görə, prezident Niinistö telefon danışığı zamanı xatırladıb ki, hətta 2012-ci ildə onların ilk görüşü zamanı o, prezident Putinə deyib ki, hər bir müstəqil ölkə öz təhlükəsizliyinə cavabdehdir.


Prezident Sauli Niinistö Finlandiyanın yaxın günlərdə NATO-ya üzv olmaq üçün qərar verəcəyini açıqlayıb.


Putin isə deyib ki, ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur.

"Ölkənin xarici siyasətində bu cür dəyişiklik uzun illər mehriban qonşuluq ruhunda qurulmuş Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər”.
 

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Putin Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyinə hədə ilə reaksiya vermişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı