Modern.az

İlin ilk ay tutulması başa çatıb - (YENİLƏNİB) 

İlin ilk ay tutulması başa çatıb - (YENİLƏNİB) 

Aktual

16 May 2022, 08:56

Mayın 16-sı saat 08:53-də ilin ilk Ay tutulması başa çatıb.

 

Modern.az xəbər verir ki, Ay tutulması mayın 16-sı saat 07:29-da başlayıb və 1 saat 24 dəqiqə davam edib.

 

Tutulmanın maksimumu saat 08:11-də olub.

 

İlin ilk tam Ay tutulmasını Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

****

07:30

 

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu, tam Ay tutulmasıdır.

 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a bildirilib ki, tutulma saat 07:29-da başlayıb və saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

 

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkündür. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmur.

 

****

00:10

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

 

Modern.az xəbər verir ki, təbii hadisə saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Ay tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

 

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika, Asiyanın bir hissəsindən izləmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Bu səbəbdən Ay tutulması Azərbaycanda müşahidə edilməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı