Belarusun Baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə Belarus hökumətinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, Baş nazir ikigünlük səfəri çərçivəsində Gəncə Avtomobil Zavoduna, "Caspian Agro" və "Interfood" beynəlxalq sərgilərinə, eləcə də "İqlim" Elmi-İstehsalat Müəssisəsinə baş çəkəcək.
Bundan başqa, səfər zamanı Belarus və Azərbaycan işgüzar dairələrinin biznes görüşləri planlaşdırılır.