Modern.az

İsveç NATO-ya üzvlük sənədini İMZALADI

İsveç NATO-ya üzvlük sənədini İMZALADI

Aktual

17 May 2022, 12:04

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzvlük ərizəsini imzalayıb.

 

Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyində NATO-ya üzvlük ərizəsini canlı olaraq imzalayan Linde, İsveç üçün ən yaxşısını etdiyini söyləyib. 

 

Linde həmçinin müraciət sənədinin qısa müddətdə Finlandiya ilə birlikdə NATO-ya çatdırılacağını qeyd edib. 

 

Bildirək ki, İsveçin baş naziri Maqdalena Andersson dünən parlamentdəki danışıqlardan sonra İsveç hökumətinin NATO-ya müraciət etmək qərarına gəldiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı