NASA "Artemis" proqramı çərçivəsində daha 3 "Orion" kosmik gəmisi sifariş edib.
Modern.az xəbər verir ki, bu barədə kosmik gəmilərin istehsalçısı "Lockheed Martin" şirkətindən bildirilib.
"Lockheed Martin" "Artemis" missiyaları üçün NASA-ya 3 "Orion" kosmik gəmisinin satışı üzrə müqavilə imzalayıb", - açıqlamada deyilir.
Qeyd olunub ki, gələcəkdə NASA növbəti missiyalar üçün daha 6 ədəd kosmik gəmi sifariş edə bilər.