Modern.az

Ermənistan müxalifəti II Qaregini mitinqə ÇAĞIRDI

Ermənistan müxalifəti II Qaregini mitinqə ÇAĞIRDI

Aktual

31 Oktyabr 2022, 13:08

Müxalifətin “Müqavimət” hərəkatının koordinatoru, Ermənistan parlamentinin “Hayastan” blokunun üzvü İşxan Saqatelyan bütün ermənilərin katolikosu II Qaregini noyabrın 5-də keçiriləcək mitinqə dəstək verməyə çağırıb.


Modern.az xəbər verir ki, İ.Saqatelyan bəyan edib ki, noyabrın 5-də “Dağlıq Qarabağ”ın suverenliyi və Ermənistan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üçün müxalifət İrəvanda böyük mitinq keçirəcək.


"Erməni Apostol Kilsəsinə və Katolikosuna müraciət edirəm, onun xeyir-duası və bu təşəbbüsə dəstək olması vacibdir. Ziyalıları bu mitinqdə iştirak etməyə çağırır, gəncləri küçələrə çıxmağa səsləyirəm. Hamıya müraciət edirəm, siyasi qüvvələr bütün fikir ayrılıqlarını bir kənara atmalı və vahid ideya ətrafında birləşməlidir”, - deputat bildirib.
 

Onun fikrincə, parlament çoxluğu da mübarizəni dəstəkləməli, Nikol Paşinyanın maraqlarını müdafiə etməməlidir.

Saqatelyan əmindir ki, indiki hakimiyyət xalqın iradəsini və maraqlarını ifadə etmir. Konkret və gələcək planlara gəlincə, onlar qarşıdakı mitinqdə açıqlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı