Modern.az

Venesiyaya ziyarət ödənişli olacaq

Venesiyaya ziyarət ödənişli olacaq

Aktual

6 Sentyabr 2023, 08:04

Venesiyanın səlahiyyətliləri 2024-cü ilin yazından etibarən şəhərə bir günlük ziyarət üçün turistlərdən adambaşına 5 avro haqqı tətbiq etmək qərarına gəliblər.

 

Modern.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

 

“2024-cü ildə təcrübə müddəti təxminən 30 gün davam edəcək. Hansı ki, xüsusi təqvim yaxın həftələrdə şəhər şurası tərəfindən təyin olunacaq. Ümumiyyətlə, söhbət uzunmüddətli yaz tətilləri və yay həftəsonlarından gedir”, - Venesiya meriyasından bildirilib.

 

Bu tədbirlə şəhər səlahiyyətliləri şəhərdə gecələməyən və buna görə otellərdə turizm vergisi ödəməyən turist axınını məhdudlaşdırmaq istəyirlər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı