Modern.az

“Uşaqları Aşuraya aparmayın!” - Psixoloqla MÜSAHİBƏ

“Uşaqları Aşuraya aparmayın!” - Psixoloqla MÜSAHİBƏ

Aktual

24 Oktyabr 2015, 14:26


Psixoloq Zümrüd Əkbərova deyir ki, uşaqları Aşura mərasiminə aparmaq heç bir halda düzgün deyil. Çünki uşaqlar psixoloji zorakılığa məruz qalır.
Psixoloq Modern.az saytına müsahibəsində bu məqamlara toxunub.

- Aşura mərasimində iştirak uşaqlara nə kimi təsir göstərə bilər?

- Aşura mərasimi uşaqlara daha çox mənfi təsir edir. Gənc yaşlarından sora insanlarda şəxsiyyət müəyyən qədər formalaşmış olur və məntiqi mühakimə edə bilərlər. Amma uşaqlar məntiqi mühakimə yürüdə bilməzlər, üstə gəl şəxsiyyət formalaşmayıb və bu da gələcəyinə təsir edən amillərdəndir. Bu səbəbdən uşaqları Aşura mərasiminə aparmaq heç bir halda düzgün deyil. Uşaqlar psixoloji zorakılığa məruz qalır və ən dəhşətlisi uşaqlar öz atalarını Aşurada zəncir vuran və ağlayan halda görəndə psixoloji travma ala bilər.

- Aşura mərasimi gənclərə və işə necə təsir edir?

- İşləyən gənclərə o qədər də təsir göstərmir, amma yenə də bir-iki gün təsir altda saxlaya bilir. Məsələn bir hadisə olur və gənc oğlan düşünmədən səbəbini bilmədən insanı vurur və cinayətkara çevrilir. İstintaq zamanı gəncdən səbəbini soruşanda, o, bunu izah edə bilmir. Aşura bir necə gün davam edir, amma psixoloji təsiri hər zaman aktivləşə bilər. Adam öldürən gənc kimi orada özünü zəncirliyib, baş yaranlar bunu nə üçün etdiklərini bilmirlər

Mərasimdə qan çıxarır və bu hadisə ona adi bir hal kimi gəlir, buna görə heç bir cəza görmür və bunu sivil həyatda da tətbiq edir. Bu da məişət zorakılığına və cinayətə gətirib çıxarır. İnsanlarda qana münasibət dəyişir, şuraltına təsir göstərir və bu da gələcəkdə qan çıxarmaq, yəni cinayət törətmək baxımından onun üçün adi bir hala çevrilə bilər. Amma insan tipindən asılı olaraq, Aşura kiməsə müsbət təsir də göstərə bilər. Aqresiyyalarını orada çıxara bilərlər. Və müəyyən bir rahatlığa nail ola bilərlər.

Aşura mərasimində baş yarıb, zəncir vurmağı yersiz hesab edirəm. Aşura mərasimində dinin gözəliyindən danışıb və Aşura hadisələri şərh olunsa, insanlara daha yaxşı təsir bağışlayar.









Emil Rasim

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı