Modern.az

Tanınmış professor 82 yaşında vəfat etdi

Tanınmış professor 82 yaşında vəfat etdi

Allah rəhmət eləsi̇n

18 Oktyabr 2022, 13:12

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rəhbəri, tibb elmləri doktoru, professor Oqtay Seyidbəyov 82 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə professorun yaxınları məlumat verib.

 

Qeyd edək ki, O. Seyidbəyov Bakıda anadan olub. O, 300-dən çox elmi iş, dərs vəsaitləri, metodik tösviyələrin müəllifidir. Onun məqalələri həm Azərbaycanda, həm də respublikamızın hüdudlarından kənarda çap olunub. Alim Azərbaycanın tibb elminə böyük töhfələr verib.

 

O. Seyidbəyov 1991-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına rəhbərlik edib.

 

Professorun Azərbaycanda tibbin inkişafı sahəsində xidmətləri dövlət tərəfindən qiymətləndirilib. 1987-ci ildə ona “Əməkdar həkim”, 2000-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adları verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı