“Bayram günlərində insanlar arasında qida zəhərlənməsi halının baş veməməsi üçün gücləndirilmiş iş rejimində çalışırıq”
Bu haqda Gigiyena və Epidemialogiya Mərkəzinin Sanitariya və Gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov Modern.az saytına bildidirib. Onun sözlərinə görə, insanlar arasında qida zəhərlənməsi halının baş verməməsi və eyni zamanda istifadə müddəti ötmüş qida məhsullarının bazardan çıxarılması istiqamətində mütəmadi olaraq reydlər aparılır. Aparılan yoxlamalar zamanı insan səhhəti üçün təhlükəli ola qidalar satışdan çıxarılır.
Z.Kazımov onu da qeyd edib ki, ət və ət məhsullarının, süd məhsullarının antisanitariya şəraitində satılmasına yol verməmək üçün bazarlarda baytar və sanitar həkimlər fəaliyyət göstərirlər. Əgər belə hallar baş verərsə, dərhal aidiyyəti qurumlara müraciət etmək lazımdır.
Anar RÜSTƏMOV