
İctimai Palatanın aprelin 17-nə təyin etdiyi mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətə sabah saat 14-də rəsmi cavab veriləcək. Bu haqda müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palatanın (İP) ilk koordinatoru Aqil Səmədbəyli Modern.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, İP-nin mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə hələki heç bir cavab verilməyib. “Bildiyimiz kimi, BŞİH-dən bizim müraciətimizə son 2 gün qalmış cavab verməlidirlər. Bizə verilən məlumata görə rəsmi olaraq sabah saat 2-də cavab veriləcəyi bildirilib. Onlar adətən ən son məqamda cavab verirlər”-deyə A.Səmədbəyli əlavə edib.
Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının sonuncu iclasında mitinqin yerinin paytaxtın “Fəvvarələr” meydanından “Sahil”metrosunun yaxınlığındakı bağda keçirilməsi qərara alınıb.
Anar Rüstəmov