Modern.az

Ali Məhkəməyə hakimlər təyin olundu – SİYAHI

Ali Məhkəməyə hakimlər təyin olundu – SİYAHI

Ölkə

30 İyun 2017, 12:29

Milli Məclisinin növbədənkənar iclasında Ali Məhkəməyə yeni hakimlərin təyin olunması məsələsinə baxılıb.

 

Modern.az xəbər verir ki, Ali Məhkəmə üzrə hakimlik səlahiyyətinin müddəti 2017-ci il iyunun 19-da başa çatan Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin hakimi təyin edilib.

 

“Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Ali Məhkəmənin hakimi təyin olunub.

 

Bundan başqa, səlahiyyət müddəti 2017-ci il iyulun 16-da başa çatan Akif Əsgər oğlu İsgəndərov və Əhməd Güləhməd oğlu Nurməmmədov həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin edilib.

 

Həmçinin səlahiyyət müddəti 2017-ci il iyulun 28-də başa çatan Mehparə Tofiq qızı Əhmədova, İmran Teymurxan oğlu Hacıqayıbov və Rahib Sahib oğlu Nəbizadə həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin olunub.

 

“Məhkəmələr və hakimlər haqqında” qanunun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Elşanə Rafiq qızı Vəliyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi təyin edilib. İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı