Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin əsgəri Firuz Fərəcovun ermənilərə əsir düşməsi xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 26-da “N” saylı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Modern.az