Modern.az

Əvvəl insan xarabalarını tikmək...

Əvvəl insan xarabalarını tikmək...

Country

13 Sentyabr 2012, 13:06

Prezidentin  rayonların sosial inkişafına ayırdığı pullar, təkçə sökməyə və tikməyə və divarları ağartmağa, qızartmağa, göyərtməyə, yeniləməyə deyil, həm də insanın sosial vəziyyətinin yaxşılaşmasına yönəlməlidir.

Azərbaycanın şəhər və rayonlarında yenidənqurma işləri geniş şəkildə  vüsət almaqdadir. Hamı tikir və sökür. Dərindən fikirləşəndə görürsən ki, tikilən də, sökülən də mahiyyətdə eyni seydir. Şəhər və rayon icrə başçıları əsas gücü insan kapitalına deyil, görüntü xatirinə,  deyək ki, şəhər divarlarınnın ağardılmasına və ya qızardilmasına və ya göyərdilməsinə sərf edirlər. Belə bir oyun baş alıb gedir, dünən tikilən  bu gün qanunsuz sayılır və heç şübhəsiz, bu gün də tikilən sabah qanunsuz olacaq.

Gəncə Şəhər İcra hakimiyyətinin sabiq başçıs Eldar Əzizovun bir neçə il öncə, dövri mətbuatda, televiziya kanallarında həmişə xoş sorağını eşitmişəm və fəxr eləmişəm ki, Nzami yurdu etibarlı əllərdədir. Hətta Gəncə sakinləri  minnətdarlıq edirdilər ki, Eldar müəllim Gəncəni yenidən qurur, şəhər simasını tamamilə dəyişir, küçə və xiyabanlar gözəlləşir, hətta Gəncəyə gedən adam geri dönmək istəmir. Bu xəbərləri eşidəndə ürəyim açılır, çünki mən orda təhsil almışam, gənçliyim orada keçib, ona görə də sevincim yerə, göyə sıxmırdı.

Sonra Eldar Əzizov Gəncə İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub, Sumqayıt şəhərinə həmin vəzifəyə gəldi. Onun yerinə Elmar Vəliyev təyin olundu. Yenə də dövrü mətbuatda, informasiya agentliklərində yenidən xoş xəbərlər gəlməyə ba.ladı ki, Elmar Vəliyev Gəncəni yenidən qurur, qanunsuz tikililəri sokür, axır ki, haqq-ədalət öz yerini  tapdı dedilər. Gəncə gözəlləşir,  Elmar müəllim  Gəncənin əvvəlki simasını özünə qaytarır söylədilər.

Burda bir az dayanmaq istəyirəm. Gəncə əvvəlki simasına qayıdır sözünü düz mən 1981-ci ildən eşidirəm. Onda Həsən Həsənov Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi idi, şəhərdə yenidəqurma işləri aparırdı,  burada   əsas  rolu qırmızı kərpiçlər oynayırdı. Şəhər qırmızı kərpiçlərdən yenidən  tikilirdi. Onda da  mətbuat yazirdi ki,  Nizami yurdu   öz əvvəliki simasına qayıdır. Düz ö vaxtdan, Həsən Həsənovdan  tutmuş  Elmar Vəliyevə qədər- 33 ildir ki, -bu, bir qərinə eləyir- Gəncə hələ də öz simasını tapa bilmir ki, bilmir. Görəsən Gəncənin  əsl siması nədir və necə olur? Bu axtarışın sonu nə vaxt qurtaracaq?

 Sonra dövri mətbuatda oxudum və leleviziya kanallarında gördüm ki, Eldar Əzizov Sumqayıt şəhərini yenidən qurur, qanunsuz tikililəri sökür, yenilərini tikdirir, Sumqayıtın əvvəlki görkəmini özünə qaytarır.

Aranın mərkəz şəhərlərindən olan  İmişlidə də bu günlər tikinti və yenidənqurma işlərinə  geniş start verilib. Mərkəzi küçədə divarlar sökülüb hündürləri ilə əvəz edilir, evlərin darvazları dəyışdirilir. Qanunsuz tikililər sokülür. Qabaq ki, icra başçısı da  qanunsuz tikililəri sokməklə məşqul idi. O da özündən qabaq ki, icra başçının  qanunsuz tikilələrini sökürdü. Mən  İmişlidə, Gəncədə, Sumqayıtda gedən quruculuq, yenidənqurma işlərindən danışdım və həqiqətdə müsbət çəhətləri alqışlayıram. Burada baş verənlər respubilkamızın  hər bir guşəsinə aiddir. Olsun. Tikən və yaradan əllərərə min alqış.  Bununla yüzə-yüz razıyam. Amma əsas sərmayə insana yönəlməlidir. İnsanı yenidən qurmaq lazımdır. Şəhərin ziyalı potensialını diriltmək, ayağa qaldırmaq və qiymətləndirmək lazımdir. Bir ziyalıya sayğısızlıq və diqqətsizlik on  min ağacın qurumasindan və on klometrlərlə divarın yıxılmasından dəhşətlidir. Şəhəri tikməklə yanaşı, bəlkə ondan da əvvəl, insan könlünü tikmək  gərəkdi. Əgər əlimizdə insan xarabalıqlarını göstərən cihaz olsaydı, çox adam Cənibu Azərbaycanda baş verən zəlzələ gürüntülərini xatırladardı. Çünki adam da köhnə evlər  kimi  laqeyd münasibətdən uçur.  

Mədəniyyət saraylarını tikib, ancaq onun içində oxuyacaq bir insanın ehtiyac ucbatından səsini  söndürsək, imandan olmaz.

 Xəbərimiz varmı  ki,  dünən intihar edən kişinin  uşaqları indi  acdı. Xəbərimiz varmı ki, sevən gənclərimiz  ehtiyac ucbatından ayrılırlar. Məhəbbət bizim şəhərlərdə olür, bunu bilirikmi? Divarları olan səhər qura bilərik, qanunuz tikilikləri  bu gün tikib səhər də sökmək olar, amma insanı yox. O dünyaya bir dəfə gəlir. Avtobuslarda telefon oğrularını tutmaq asandı, onun üst-başına  baxın,  it günündədi, nə qədər kasıbdı, tutmaqdan öncə, bunun səbəbini öyrənmək yaxşı olardı.  Nəşə  satanların cındırından cin ülkür, onların qollarını qandallamaq asandı, bu günki körpələrin  sosial müdafiəsinin qeydinə qalaq ki, sabah bu cür cinayət əməlləri törətməsinlər.  Yeni iş yerləri açaq , bir yetimin başını sığallayaq, sonra şəhər  tikək. Divarları rəngləməkdən əvvəl, yenidənqurmadan öncə, insanı tikək, quraq, qoy ağarmış bənizlərinə rəng gəlsin.  Onları qorusaq, səhər şəhəri onlar  tikəcəklər.

Bütün bunlardan sonra  həm də cənab  prezidentin  rayonların sosial inkişafına ayırdığı pullar, təkcə sökməyə və tikməyə və divarları ağartmağa,  qızartmağa,   yeniləməyə deyil, həm də rayonun sosial vəziyyətinin yaxşılaşmasına yönəlməlidir.

[email protected]

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı