Modern.az

Anar: “Bəlkə Elmlər Akademiyasını da dağıdaq? - AÇIQLAMA

Anar: “Bəlkə Elmlər Akademiyasını da dağıdaq? - AÇIQLAMA

Ölkə

31 Oktyabr 2012, 14:55

“TV-də verilən serialların ssenarisi bayağıdır”

“Televiziyalarda verilən serialların ssenarisi bayağı təsir bağışlayır. Həmin ssenarilərin müəllifləri belə, bəlli deyil. Yalnız son dövrlər izlədiyim iki film xoşuma gəlib. Bunlar ANS telekanalında Vahid Mustafayevin ssenari müəllifi olduğu  “Xoca” və yazıçı, millət vəkili Aqil Abbasın ssenarisi əsasında çəkilən “ Dolu” filmlərdir”.
Modern.az bildirir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar telekanallarda nümayiş olunan milli seriallar barədə mövqeyini açıqlayarkən bildirib.

“Televiziyanı izləmirəm”

TV-lərdən narazılığını gizlətməyən Anar efiri izləmədiyini vurğulayıb. “Ümumiyyətlə, mən televiziyanı izləmirəm, ancaq AzTV-nin “Xəbərlər”ni izləyirəm. Fikrimcə, “Mədəniyyət” kanalı  digər kanallara nisbətən normal fəaliyyət göstərir”-deyə o, vurğulayıb. 

“Onda onları da dağıtmaq  lazımdır?”

AYB sədri mediada rəhbərlik etdiyi qurum barədə gedən tənqidi yazılara etiraz edib. “Yazıçılar Birliyinə ögey münasibət bəsləmək düzgün sayılmaz.  Jurnalistlər Yazıçılar Birliyinə sataşmaqla,  onu sancmaqla heç nə əldə edə bilməzlər. Tutaq ki, Yazıçılar Birliyini dağıtdıq, nə əldə edəcəyik? Deyirlər ki, Yazıçılar Birliyi Sovet dövrünün qalığıdır. Bəs Metropoliten, Neft  Daşları, Milli Elmlər Akademiyası?  Onda onları da dağıtmaq  lazımdır?”-deyə Anar qeyd edib.

“Cavan yazıçılarla heç bir intriqam yoxdur”

Yazıçılar Birliyinin sədri Anar cavan yazıçılarla bağlı olan intriqalara da münasibət bildirib. “Mənim cavan yazıçılarla heç bir intriqam yoxdur. Bu absurd bir məsələdir. Bizim Yazıçılar Birliyinin də öz cavan üzvləri var. “Ulduz” jurnalı var. O bütünlüklə gənc yazarlara həsr olunub. Onun rəhbəri Elçin Hüseynbəylidir. Cavan yazıçıların mənlə intriqası varsa, bu başqa məsələdir. Əgər cavan yazıçılar Məşədi İbad kimi yaşlı birisi ilə intriqa aparırlarsa, bu onların problemidir”.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı