Modern.az

Türkiyə parlamentində Xocalı soyqırımı - MHP və CHP “hə” dedi, AKP isə “yox”

Türkiyə parlamentində Xocalı soyqırımı - MHP və CHP “hə” dedi, AKP isə “yox”

Ölkə

27 Fevral 2013, 11:06

Türkiyənin Milliyətçi Hərəkət Partiyasının (MHP) İğdır millət vəkili, Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri və Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvi Sinan Oğan fevralın 26-da Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərək, Xocalıda soyqırımının Türkiyədə tanınması məsələsinə toxunub.
Bu barədə Modern.az saytına millət vəkili məlumat verib.

“Bundan 21 il əvvəl erməni terroristləri bölgədəki 366-cı rus motoatıcı alayla bərabər Azərbaycanın Xocalı şəhərində bir insanlıq facəsinin yaşanmasına səbəb olub və əhalini qətl ediblər. Bunun isə bir səbəbi var, o da o insanların türk və müsəlman olmalarıdır” -deyə, Sinan Oğan çıxışına başlayıb.

Daha sonra MHP sədri Dövlət Bağçalının iclasda dediyi “Türklüyün müqəddəs damarlarından biri olan Xocalıda yaşanan vəhşilik və zalımlıq heç vaxt yaddaşlardan silinməyəcək qədər acı və kədərlidir” sözlərini millət vəkilini yenidən TBMM-dən türk dünyasına səslənməyə məcbur edib.

“Bir an öncə Uca Məclisinizi Xocalı soyqırımını törədənlərin cəzalandırılmasına dəvət edirəm” –deyə, çıxış edən Sinan Oğan həmin vaxt məclisdə telefonla danışan millət vəkillərinə sərt reaksiya verib.
“Biz burada hər hansı bir mövzudan yox, qardaşlarımızın ağrısından danışırıq. Siz telefonla danışırsınız, bugün daha sayqılı ola bilərsiniz, daha da diqqətli olmağınız lazımdır”.

Millət vəkili Türkiyə Böyük Millət Məclisində Xocalının milli məsələ olduğunu qeyd edərək, bu məsələdə iqtidar və müxalifətin bir yerdə hərəkət etməsinin vacib olduğunu vurğulayıb: “Gəlin, bu il bütün məclis üzvləri ilə bərabər bu faciəni qınamaqla bağlı səs verək və məclisdə bunu qəbul edək. Xocalı adi bir soyqırımı deyil”.

Sinan Oğan Ankarada Xocalı ilə bağlı stendlərin dağıdılmasına da çox sərt reaksiya verib.

“Xocalıda Azərbaycan türkləri, Axıska türkləri və Azərbaycan vətəndaşı olan kürdlər öldürülüb. Qızılayda imza toplanma vaxtı bir qrup insan “hamımız erməniyik, hamımız kürdük” deyərək, stendləri dağıdıblar. Mən buradan səslənirəm, “Hamınız ermənisiniz?”, heç olmasa kürd qardaşlarımızın adını ağzınıza almayın”.

Millət vəkili Xocalı ilə bağlı qanun layihəsinin bir ildir məclisin tozlu rəflərində qaldığını bildirərək, TBMM-nə keçən il təklif etdiyi “Xocalı soyqrımının anma günü” qanun layihəsinin bir an öncə gündəmə gəlməsini istəyib.

“Qərb ölkələrində məclislər Türkiyənin əleyhinə qərarlar alır və Xocalının tarix məsələsi olmadığını bildirirlər. Bu 100 il və ya 200 il ya da 70 il əvvəl yaşanan hadisə deyil, bu hadisə indi yaşanıb və hamımız bunun canlı şahidiyik”.

Millət vəkilinin sözlərin görə, bu qanun layihəsi qəbul edilsə Türkiyənin beynəlxalq aləmdə dünyasını açacaq, həm qardaş Azərbaycanın qarşısında öz borcumuzdan çıxacağıq, həm də Xocalıda ölənlərin yaxınları və Xocalıda işgəncələrə məruz qaldıqdan sonra həyatlarına davam edənlərin ağrıları bir az da olsa xəfifləyəcək. Sinan Oğan qeyd edib ki, məclisdə bu qanun layihəsinin qəbulu tarix qarşısında məsuliyyətdir.

“Türkiyədə təəssüf ki, son vaxtlar Anayasada çıxarılmaq istənən Türk təbirinə qarşı bir döyüş açılıb, amma unutmayın ki, Xocalıda insanlıqdan kənar işgəncələrə məruz qalmasının tək səbəbi onların türk və müsəlman olmalarıdır. Siz istədiyiniz qədər deyin ki, “türk deyilik”, istədiyiniz qədər türk bayrağı yerinə Türkiyə bayrağı deyin, amma erməni sizə türk deyir, düşməniniz sizə türk deyir, amma siz özünüzə türk demirsiniz, dilinizin türkcə olmağından imtina edirsiniz, bu sözləri demək əvəzinə daha da geri addım atırsınız”.

Sinan Oğanın təklifinə MHP və Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən səs verilsə də, iqtidarda olan Ədalət və Qalxınma Partiyası (AKP) tərəfindən bu, rədd edilib.

Sevinc İltifatqızı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı