Müsavat Partiyasının bu gün paytaxtın mərkəzində keçirilən aksiyasında saxlanılaraq 37-ci polis bölməsinə aparılan Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı sərbəst buraxılıb. Bu barədə Müsavat Partiyasından xəbər verilib.
Müsavat başqanının müavini Mehman Cavadoğlunun sözlərinə görə, bugünkü mitinqdə tutulan 64 nəfərdən 44-ü artıq sərbəst buraxılıb.
Qeyd edək ki. aksiyada saxlanılanlar sırasında Arif Hacılıdan başqa Müsavat rəhbərliyində təmsil olunan Tofiq Yaqublu (Müsavat Patiyası başqanının müavini), Dünyaxanım Vahabova (Müsavat Partiyası başqanının müşaviri), Tural Abbaslı (Müsavat Partiyası Gənclər Təşkilatının sədri), Vəfa Cümşüdlü (Müsavat Qadınlar Təşkilatının sədri), Hüseyn Məlik (Müsavat Partiyası Səbail rayon təşkilatının sədri) və digərləri də olub.