Modern.az

Sabir Rüstəmxanlı "talış papağı"ndan danışdı: “Tədbir görülsün!”

Sabir Rüstəmxanlı "talış papağı"ndan danışdı: “Tədbir görülsün!”

Təhsil

2 İyul 2013, 13:36


Milli Məclisin bugünkü növbədənkənar iclasında deputat Sabir Rüstəmxanlı son günlər satışda olan və təxribat məqsədli papaqlardan danışıb. Modern.az xəbər verir ki, o, bir sıra ticarət obyektlərində üzərində müxtəlif xalqların, etnik qrupların və coğrafi adları yazılmış papaqların satılmasına narazılığını bildirib. Deputat qeyd edib ki, belə həssas məqamda etnik qrupların, milli azlıqların adları yazılmış papaqlar satılması yolverilməzdir: “Bu papaqlar ölkəyə hardan gətirilir? Bu papaqlarıən üzərində “talış”, “ləzgi” və s. sözlər yazılır bu nəyə xidmət edir? Mən hökuməti bu məhsulların hardan gəlməsi ilə bağlı araşdırmalar aparmağa çağırıram.”

S. Rüstəmxanlı bu cür məhsulların ölkəyə ayaq açmasının xüsusi məqsəd güddüyünü və  ölkəyə hardan daxil olması ilə bağlı araşdırma aparmağın vacib olduğunu bildirib. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı