Modern.az

“Uorlikin səyi ilə Qarabağ danışıqlarında irəliləyiş əldə olunacaq” - AÇIQLAMA

“Uorlikin səyi ilə Qarabağ danışıqlarında irəliləyiş əldə olunacaq” - AÇIQLAMA

Təhsil

5 Mart 2014, 10:24

“ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycan və Ermənistanla birgə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edəcəyini söyləmək olar”.

Modern.az
erməni mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib. O bildirib ki, erməni xalqı Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır. Səfir ABŞ və Ermənistan arasındakı siyasi, iqtisadi əlaqələrdən də söz açıb. Onun sözlərinə görə Ağ Ev Ermənistanla əlaqələrini genişləndirmək niyyətindədir.

“ABŞ çox aydın bir şəkildə Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını hər zamankından çox istəyir”-deyə C. Heffern bildirib. Diplomat onu da qeyd edib ki, bu ilin sonlarında böyük ehtimalla  ABŞ dövlət katibi Con Kerrinin Ermənistana səfəri gerşəkləşəcək.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı