Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Şurasının prezidenti Herman Van Rompeylə telefonla ölkəsindəki gərgin vəziyyəti müzakirə edib.
Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, 26 avqustda Minskdə Gömrük İttifaqı ölkələri rəhbərləri ilə Pyotr Poroşenkonun müzakirələr aparması barədə fikir mübadiləsi aparılıb.
Pyotr Poroşenko Avropa Şurasını Rusiya humanitar karvanının Ukrayna ərazisinə girişini qadağan edən ölçülər götürməyə çağırıb.Avropa Birliyi ölkələri ilə 30 avqustda Brüsseldə Poroşenkonun görüşü zamanı Ukrayna probleminin müzakirə predmeti olacağı barədə razılığa gəlinib.
Modern.az