Modern.az

Məktəblilər vətənpərvərlik mövzusunda maarifləndirildilər

Məktəblilər vətənpərvərlik mövzusunda maarifləndirildilər

تحصیلات

15 Sentyabr 2014, 17:45


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsinin icrasına başlayıb.

Modern.az xəbər verir ki, layihədə məqsəd Aran regionunda orta məktəb şagirdləri üçün vətənpərvərlik mövzusunda maarifləndirici xarakterli materialların hazırlanması və təbliğat işinin daha səmərəli qurulması üçün vətənpərvərlik tərbiyəsi işinə dəstək verilməsidir. Layihə çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlər, hərbi yönümlü QHT-lər və gənclər təşkilatlarının iştirakı ilə Dəyirmi Masa keçiriləcək, tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Milli Qəhrəman Koroğlu Rəhimovla bağlı  buklet hazırlanaraq dərc olunacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı