
Türkiyənin tanınmış futbol məşqçilərindən olan Yılmaz Vuralın bir daha Azərbaycan milli komandasının başına keçəcəyi iddia edilib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yılmaz Vural özü də Azərbaycan millisinin rəhbərliyi üçün bir neçə xarici məşqçi ilə yanaşı, onun da adının keçdiyini xatırladaraq, “mən də ən güclü namizədlərdən biriyəm”, - deyib.
Yılmaz Vural “Avro-2016”nın H qrupunda oynadığı 3 matçda məğlub olduqdan sonra vəzifəsinə son verilən almaniyalı baş məşqçi Berti Foqtsun gedişi nəticəsində boşalan Azərbaycan milli komandasına baş məşqçi gətiriləcəyi iddialarını qiymətləndirib.
2008-ci ildə Azərbaycan millisinin başına keçən Foqtsun müqaviləsi uzadılmadan əvvəl də onunla görüşüldüyünü, ancaq alman baş məşqçinin müqaviləsini uzatdığını qeyd edib: “Azərbaycanda buradakı qədər sevilirik. Azərbaycana girdiyimiz zaman gömrükdə pasport soruşmurlar. Danışığımız, mədəniyyətimiz bir olduğu üçün orada yad davranış görmürəm. Bu səbəbdən hər vaxt oranın gündəmindəyik”.
Modern.az