
Britaniyalı reportyor Qrem Fillips Donetskdə ağır yaralanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist hazırda Donetsk şəhərindəki xəstəxanalardan birindədir. Onun hansı şəraitdə yaralandığı dəqiqləşdirilir. Fillipsin hərbi münaqişənin getdiyi Donbasda təxminən altı aydır işlədiyi bildirilir. Bu müddətdə ölkənin cənub-şərqindəki bir neçə qaynar nöqtədə olub, oradan reportajlar hazırlayıb, Rusiya telekanalları üçün süjetlər çəkib. KİV-də dəfələrlə məlumat gedib ki, Ukrayna Silahlı qüvvələri Rusiya meylli mövqeyi ilə seçilən Fillipsə qarşı müharibə elan ediblər.
Bu günlərdə isə Fillips sosial şəbəkədə Böyük Britaniyaya qayıtmağa hazırlaşdığını yazıb.
Modern.az