Modern.az

Təhsil Nazirliyi məktəblillər üçün yeni müsabiqə elan edib

Təhsil Nazirliyi  məktəblillər üçün yeni müsabiqə elan edib

Təhsil

3 Dekabr 2014, 10:48

Təhsil Nazirliyi  “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib. Modern.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Məlumatda bildirilir ki, müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla, kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idrakı keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir.

Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Topluya daxil olan əsərlərin sayı və ümumi həcmi aşağıdakı qaydada müəyyən edilir:

• Nəsr əsərləri – 15 (1,5 - 2 çap vərəqi)

• Nəzm əsərləri – 20 (1- 1,5 çap vərəqi)

• Dram əsərləri – 5 (2 - 2,5 çap vərəqi)

Qeyd edək ki, toplulardakı əsərlərə Təhsil Nazirliyinin müəyyən etdiyi ekspert qrupları tərəfindən baxılacaq və müvafiq toplulardakı nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq.

Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün isə  elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək. Həmçinin, qeyd olunan əsərlər ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin rəsmi internet saytında (//www.edu.gov.az/) yerləşdiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, I yerə layiq görülən əsərə görə 5000 (beş min), II yeri tutan əsərə görə 3000 (üç min), III yerə layiq görülən əsər üçün isə 1500 (min beş yüz) manat mükafat fondu müəyyənləşdirilib. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.

Məltəm TALIBZADƏ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı