ABŞ-ın Texas ştatında qəribə oğurluq hadisəsi baş verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yerli universitetlərdən birinin anbarından orada konservləşdirilmiş bankalarda saxlanılan məşhurların beyinləri oğlurlanıb. “Beyni itən”lər arasında 1966-cı ildə 16 nəfəri qətlə yetirən Çarlz Uitmenin adını çəkmək olar.
Hadisədən narahat qalan universitet alimləri isə öz tələbələrindən şübhələnirlər.
Elmi eksponatlar universitetə Ostin xəstəxanası tərəfindən 28 il əvvəl bağışlanıb. Laboratoriyada yer olmadığı üçün içi beyinlə dolu bankaların bir qismi anbara yerləşdirilib.Modern.az