Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, telefon danışığı zamanı liderlər Debaltsevo şəhərindəki döyüşlərə görə narahatlıqları ifadə ediblər.
Qeyd edək ki, yaranmış gərginliyə görə tərəflər bir-birini ittiham edir. “Normand dördlüyü” formatında Minskdə keçirilən görüşün nəticəsinə görə isə fevralın 15-dən etibarən Ukraynanın şərqində atəşkəs rejimi qüvvəyə minməli olsa da, döyüşlər davam edir.
Modern.az