Modern.az

“İrəli” sədri İTV-nin Yayım şurasına namizəd oldu

“İrəli” sədri İTV-nin Yayım şurasına namizəd oldu

Təhsil

19 Mart 2015, 14:11


İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şura üzvlüyünə namizəd irəli sürülüb. Bu barədə Modern.az-a “İrəli”İB-dən məlumat verilib.

Qərar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə İctimai Şurasının keçirdiyi iclasında gənclər təşkilatlarının səs çoxluğu ilə qəbul edilib.

Xatırladaq ki, seçiləcək namizəd İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında gəncləri təmsil edəcək, eyni zamanda gənclərlə bağlı layihələrin həyata keçirilməsi, gəncləri narahat edən bir çox məsələlərin İctimai Televiziyada işıqlandırılması kimi məsələlərlə məşğul olacaqdır

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının ümumilikdə 9 üzvü var.

Bundan əvvəl 10 ildən artıq gəncləri İTV-də millət vəkili Fuad Muradov təmsil edib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı