13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - “Gədəbəy” - adın mənşəyi - iddialar, mübahisələr, təkliflər... ARAŞDIRMA
“Gədəbəy” - adın mənşəyi - iddialar, mübahisələr, təkliflər... ARAŞDIRMA
27.12.2012, 12:04

Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı rayonun ilk adı “Mədən” olub


Sazın, sözün beşiyi, Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı, vaxtilə dünyanın sayılıb-seçilən sənaye mərkəzlərindən olan, hər daşında bir tarix bəsləyən, Azərbaycanın əfsanələr paytaxtı Gədəbəyin adının hardan qaynaqlanması, etimoloji araşdırmaların kasadlığı bəzi mübahisələrə səbəb olur. Bəlkə də buna görədir ki, cəmiyyətdə bu  rayonun adına birmənalı yanaşılmır. Hətta rayonun adının dəyişdirilməsini də istəyənlər az deyil. Bütün bunları nəzərə alaraq Modern.az Gədəbəy rayonunu adının mənasını və bu adın dəyişdirilməsinə ehtiyac olub-olmadığını araşdırıb.

Uzun müddət AMEA-nın Tarix, Dilçilk, Coğrafiya institutlarını ələk-fələk edəndə gördük ki, hərdən öz peşələrinin mütəxəssisi kimi tanınan şəxslər bu məsələdə heç də mütəxəssis deyillər. Belə ki, onlardan heç kim dəqiq mənbə göstərə bilmədiyindən fikirlərini eşitdikləri versiyalarla ifadə etdilər. Amma alimlərdən  fərqli olaraq, rayonun adının mənasını bilənlər də tapıldı və onlar heç də rayonun adının dəyişdirilməsinin tərəfdarı olmadıqlarını bildirdilər.   

Fəlsəfə elmlər doktoru İzzət Rüstəmov vaxtilə Gədəbəy rayonunun adının Mədən olduğunu, sonradan Gədəbəy adlandırıldığını söylədi. Onun sözlərinə görə, mis, qızıl yataqları kəşf olunduğundan bu ərazi Mədən adlanıb:

“Gədəbəyin mənası bəylər, hampa olan yer deməkdir. Çox vaxt “gədə” sözü aşağılayıcı, sayılmayan kimi qələmə verilir. Amma əslində belə deyil. Bu adın kökündə bəylik durur. Vaxtilə “Mədən” adlandırılan rayon mərkəzi sonradan “Gədəbəy” olub. Rayonun elə kəndləri var ki, oranı pisləyirlər, çox geri qaldığını deyirlər. Halbuki, 19-cu əsrdə həmin kəndləri işıq və sivilizasiya mərkəzi adlandırırdılar. Hətta adları kitablara da düşüb. Dilçilərin əksəriyyəti “Gədəbəy” sözünün ərəb dilindəki “Qodabek” sözündən götürüldüyünü deyirlər. Bu sözün isə tərcüməsi “mis bəyi” deməkdir. Söz uzun illər müəyyən dəyişikliyə məruz qalaraq “Gədəbəy” formasını alıb. Odur ki, Gədəbəyin adının dəyişdirilməsinə ehtiyac yoxdur ”.  

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair İlyas Tapdıq isə hesab edir ki, tıva dilində “Gədəbəy” sözünün mənası dağlıq yer deməkdir. Onun sözlərinə görə, bu sözün mənası “gədik” sözünə yaxındır.
“İkinci bir tərəfdən Quba rayonunda da Gədəzeyxur kəndi var ki, bu da dağlıq yer mənasını verir. Belə bir versiyalar da var ki, vaxtilə Gədəbəydə kattalar olub, amma bəylik olmayıb. Həmin kattalar çox yaxşı olduğundan ona kətta-bəy (böyük bəy) deyirlərmiş. Sovet hakimiyyəti qurulandan sonra isə Gədəbəyə rayon statusu verilib. Belə deyirlər ki, Şəmkirdə Allahyar və Dilqəm bəy olub, car hökuməti qurulanda onların bütün torpaqları əllərindən alınıb. Elə o vaxtdan da həmin rayon “bəy yeri” kimi işlənib. Başqa versiya isə oğlan, bəy mənasını verir”.   

Gədəbəyli deputat Rafiq Məmmədhəsənov dəyişikliklə bağlı təklif irəli sürənlərin ciddi səhvə yol verdiyini dedi. Onun sözlərinə görə, “gədə” sözü ayrı mənanı verir, “gəda” ayrı. Bunları qarışdırmaq olmaz.
““Gədə” cavanlara deyirlər. Ona görə də bunun fərqində olmaq lazımdır. Gədəbəy adının özü bir tarixdir. Buna toxunmaq olmaz. Bir çoxları Gədəbəyin Dədəbəy olmasını təklif edir. Bu da yanlış fikirdir. Ümumiyyətlə, Gədəbəy adı tarixdə, arxivdə, mənbələrdə belə gedib. Bunun adının dəyişdirilməsinin nə mənası var?! Bineyi-qədimdən bura kimsə rayona gəlib və soruşub ki, “rayonun adı nədir?” O da deyib ki, “get a bəy”. Ad da burdan qalıb. Həm də rayonda balaca uşaqlara “gədə” deyirlər. Yəni gədəsi də bəydir. Belə yozanlar da var. Necə olur ki, bu qədər alim, professor Gədəbəy adı ilə razılaşır, amma bəzi yeni yazan, pozanlar bu adı bəyənmirlər. Halbuki, Zaqafqaziyada ilk dəfə dəmiryolu, işıq Gədəbəydə olub”. 

Deputat deyir ki, hətta ad dəyişikliyilə bağlı təklif Milli Məclisdə qaldırılsa belə, o, bunun qəti əleyhdarı olacaq. Millət vəkilinin sözlərinə görə, adın dəyişdirilməsinə cəhd olarsa o, öz etirazını bildirəcək.     

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun professoru, filologiya elmləri doktoru Fəxrəddin Veysəlli isə deyir ki, Gədəbəyin müxtəlif etimologiyası ola bilər. Məsələn, “yola düş get”, “get a bəy” və s.

Toponimlərin bəzilərinin dediyinə görə, “Gədəbəy” sözü qədim türk dillərindəki get, gedik (təpə) və bək (keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranıb və “müşahidə məntəqəsi”, yaxud “keşikçi təpəsi” mənasını ifadə edir. Gədəbəyin adı hələ 1206-ci ildə alban tarixçisi Mxitar Qoşun əsrərində “Getabak” kimi verilib. İndiyədək “Gədəbəy” sözünün digər sözlərlə yanaşı “gəda” - fars mənşəli və “bəy” – türk mənşəli söz birləşməsi kimi qəbul edilməsi, əslində heç bir məntiqə sığmır. Bu da onunla əsaslandırılır ki, buranın birmənalı olaraq türk məkanı olması arxeoloji memarlıq abidələrində, yazılı və şifahi yozumlarda təsdiqini tapıb. Dağlıq yurdun yerləşdiyi ərazinin məkana uyğun olaraq “kədə”, yəni qədim türk sözü olaraq, “keşikçi, gözətçi” mənasına gəlməsi daha ağlabatandır. “Bek” sözü də qədim türk sözü olaraq təpə, dağ mənasındadır. 

Sabiq millət vəkili Nazim Məmmədov isə ümumilikdə adların, tarixi, etnoqrafik, dil üslubu baxımdan dəyişdirilməsinə normal baxır. Siyasi maraqlarla ad dəyişdirilməsinə, yaxud ad dəyişmək xətrinə dəyişikliklərin əleyhinə olduğunu deyir: “Dediyim kimi, tarixçilər, etnoqraflar Gədəbəyin adının dəyişdirilməsini elmi əsaslarla sübut etsələr, buna hörmətlə yanaşaram. Xocalı-Gədəbəy mədəni abidələri vasitəsilə sübut olunub ki, müasir Azərbaycanın ən qədim yaşayış məskənləri Gədəbəy rayonunun ərazilərində olub. Tarixçilərin bir versiyası olub ki, bir atlı və ya səyyah Gədəbəyin indiki yerində olan yaşayış məskəninin adını soruşub, cavab isə “get, a bəy” olduğundan müasir dilimizə belə dəyişik formada gəlib, digər bir versiyada isə almanlar orta əsrlərdə bu dağlarda qızıl tapdıqlarına görə “Goldbergbau” yəni alman dilində “Qızıl dağ” olaraq adlandırıblar. “Goldbergbau” təlləffüzdə Gədəbəy-ə yaxın olub”.

Nazim Məmmədov isə Gədəbəyin adının dəyişdirilib “Qızıldağ” la əvəzlənməsinə etiraz etmədiyini dedi.

Gültəkin Ələsgər


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Habil
28.12.2012, 11:43

Belə vacib və maraqlı araşdırmaya görə əməyi olanlara təşəkkürümü bildirirəm. Mən də Gədəbəy sözünü fürsət düşdükcə araşdırmışam. Filologiya Elmlər Doktoru Fəxrəddin Veysəllinin cavabı daha inandırıcı gəlir. Belə ki, türkiyə lüğğətlərində də Gədəbəy sözünün mənası açıq şəkildə şərh olunub və "Keşikçi Qala" mənası verdiyini yazırlar. Mən də Gədəbəli kimi Gədəbəy adının dəyişməsinin tərəfdarı deyiləm. Təşəkkür edirəm.

Rövşən Məmmədov
11.07.2013, 15:47

Gədəbəy adı tarixi mənbəələrdə ilk dəfə XIII əsrdə Alban tarixçisi Gəncəli Kirakosun "Alban tarixi" əsərində çəkilir.Mənbəədə deyilir ki,1235-ci ildə monqollar Şəmkir qalasını ələ keçirdikdən sonra Girdman vilayətinə hücum edərək Gədəbəy qalasını və Çərək monastırını ələ keçırdilər.http://armenianhouse.org/gandzaketsi/history-ru/22-31.html Əsərin dövrümüzə qrabar-qədim erməni dilində tərcüməsi çatmışdır.Tarixi saxtalaşdırmaqda"usta"olan bədnam qonşularımız bu məsələdə də "Ənənərinə sadiq qalmışlar"Onlar Gədəbəyin "qədim erməni şəhəri"olduğunu "sübut"etmək üçün dəridən-qabıqdan çıxırlar.İddia edirlər ki,Gədəbəy qədim ermənicə "Getabaks"sözündəndir-"çay kənarı mülk"deməkdirhttp://forum.openarmenia.com/topic/22221-%D1%82%D0%BE%D0%BF%D0%BE%D0%BD%D0%B8%D0%BC%D1%8B/page__st__20 Bizim tarixçilər isə bu məsələ qarşısında nəinki susurlar hətta erməinin dəyirmanına"su tökürlər".Albaniyanın Girdman vilayətinin məhz Gədəbəy ərazisi olduğunu bir çox mənbəələr,hətta erməni və gürcü mənbəələri təsdiq etsə də öz "tarixçilərimiz" Girdmanın İsmayıllı ərazisi olduğunu israr etməkdə davam edirlər.Və bununla da ermənilərə tortaq iddiasında dolayısı ilə dəstək olurlar.Bu məsələdə görünür Azərbaycan rəhbərliyində olan Gədəbəyə antipatiya hissləri də az rol oynamır "История Армении" Киракоса Гандзакеци armenianhouse.org Because of multiple languages used in the following text we had to encode this page in Unicode (UTF-8) to be able to display all the languages on one page. You need Unicode-supporting browser and operating system (OS) to be able to see all the characters. Most of the modern browsers (IE 6, Mozilla 1...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb
13.11.2018, 11:17

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Şükranlıq, yaxud boz küçüyün taleyi  
13.11.2018, 11:01

Şükranlıq, yaxud boz küçüyün taleyi  

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı
13.11.2018, 10:58

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır
13.11.2018, 10:54

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı
13.11.2018, 10:50

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ
13.11.2018, 10:47

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı
13.11.2018, 10:42

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb
13.11.2018, 10:39

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA
13.11.2018, 10:37

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA

ATƏT sabah cəbhə xəttinə gedəcək
13.11.2018, 10:34

ATƏT sabah cəbhə xəttinə gedəcək

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR
13.11.2018, 10:21

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR

Neft 69 dollardan ucuz satılır
13.11.2018, 10:17

Neft 69 dollardan ucuz satılır

200-dən çox şəxsə mal və materiallar verilib
13.11.2018, 10:09

200-dən çox şəxsə mal və materiallar verilib

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018, 10:09

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

Hökumət kartof istehsalçılarını necə xilas etdi...   
13.11.2018, 10:03

Hökumət kartof istehsalçılarını necə xilas etdi...  

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü
13.11.2018, 09:55

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
13.11.2018, 09:47

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib
13.11.2018, 09:39

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib

Salyanda ağır qəza: Ölən və yaralananlar var
13.11.2018, 09:36

Salyanda ağır qəza: Ölən və yaralananlar var

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar
13.11.2018, 09:29

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ
13.11.2018, 09:18

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib   
13.11.2018, 08:58

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib  

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI   
13.11.2018, 08:46

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI  

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb
13.11.2018, 08:31

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ
13.11.2018, 08:26

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

ARXİV