19 yanvar 2019, Şənbə
Ana Səhifə - REPORTAJ - Ziya Bünyadovun xanımı: “Mən üç kişi itirmişəm” - “Köhnə ev”də Tahirə xanımın xatirələri...
Ziya Bünyadovun xanımı: “Mən üç kişi itirmişəm” - “Köhnə ev”də Tahirə xanımın xatirələri...
26.01.2013, 10:51

“Bəxtiyar Vahabzadənin yoldaşı mənə deyir ki, sən dəmirdənsən”

- 1997-ci ildə xarici səfərdən qayıtmışdım. Səfirliyin xüsusi proqramı ilə bir ay lobbiçiliyi tədqiq etmişdik. Hava limanında jurnalist qrupumuzu qarşılayan ABŞ səfirliyinin nümayəndəsi ilə hal-əhval tutduqdan və qısa söhbətdən sonra ilk sualımız bu oldu: “Azərbaycanda nə xəbərlər var?”.
Yaşlı diplomat üzünü turşutdu - “Yaxşı xəbər yoxdur, üç gün əvvəl akademik Ziya Bünyadovu öldürdülər”.
Yadımdadır ki, dördümüz də çox pis olduq və Vətənə qayıdışdan duyduğumuz sevinc bir anda yox oldu.

Bu həftə Modern.az-ın əməkdaşları Ziya Bünyadovun evinə yollandıqda həmin hadisəni ixtiyarsız xatırladım. Və indi bu yazının ilk oxucusu kimi onu redaktə etməyə başlayanda mən, Modern.az-ın redaktoru Əziz Rzazadə girişi məhz indi oxuduğunuz kiçik xatirəylə başlamaq qərarına gəldim. Çünki cəsarəti və prinsipiallığına görə Ziya Bünyadovun nə vaxtsa qətl ediləcəyini bu ölkədə hamı deyirdi.

“Köhnə ev”in layihəsi bizi Sovet İttifaqı Qəhrəmanı, tarixçi alim, millət vəkili, mərhum Ziya Bünyadovun evinə gətirib çıxardı. Onun kəşməkəşli həyatı barədə isə bizə tarixçi alimin həyat yoldaşı Tahirə Bünyadova danışdı. 88 yaşı T.Bünyadova hazırda Milli Məclisin kitabxanasında məsləhətçi işləyir. O, mərhum əri ilə necə tanış olmasından başlamış, həyatının son günlərinədək yaşadıqlarını və xatirələrini qısaca olaraq bizimlə bölüşdü.

– Əslim qarabağlıdır, Yusif Vəzir Çəmənzəmənli mənim dayımdır. 1905-ci ildə erməni-müsəlman davası başlayanda ailəmiz elindən-obasından qaçqın düşdü. Özbəkistana köçdük. Valideynlərim orada tanış olub evləniblər. Atam çox varlı tacir idi. Buna görə də sovet hökməti qurulanda biz “qolçomaq” olduq. Hər şeyimizi əlimizdən aldılar. Hətta İkinci Dünya müharibəsi zamanı bizə çörək almaq üçün ərzaq talonu da vermirdilər. “Qolçomaq” qızı olduğuma görə məktəbə gedə bilmirdim. 10 yaşımdan məktəbə getmişəm. Məni tatar məktəbinə oxumağa qoydular. 1943-cü ildə 20 yaşım vardı, məktəbi bitirdim və çox yaxşı oxuduğuma görə məni Özbəkistandan Moskovaya göndərdilər. Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunun tələbəsi oldum. Mənə yataqxanada yer verdilər. Mən türk bölümündə təhsil alırdım.

1943-cü ildə yataqxanamız bombalanan zaman isə bizi Poveletsk vağzalının yaxınlığında boş kilsədə yerləşdirdilər. Oğlanlar-qızlar hamımız bir zirzəmidə yaşayırdıq.

İndi hərdən gecələr bütün həyatımı gözümün qabağından keçirirəm. Gözlərimdən yaş axır və deyirəm ki, yəni mən bu çətinlikləri, dəhşətləri yaşamışam. Yuxu kimi gəlir mənə. Müharibə illərində bit-birənin içində, jmıx yeyə-yeyə gəncliyimin bir hissəsi keçib.

1946-cı il idi və mən Daşkənddən, yay tətilindən qayıdırdım. İnstituta gedəndə gördüm ki, astanada arıq, uzun bir oğlan durub. Diqqətimi çəkən bu oğlanın sorağı gələn Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov olduğunu başa düşdüm. Amma onun qaraqabaq, ciddi baxışları məni qorxutdu. Həmişə qapının önündən keçəndə ona qorxa - qorxa baxıb keçirdim. Özü də hara gedirdimsə, tez-tez onu qarşıma çıxan görürdüm. Bu məni çox narahat edirdi.

Bir gün anam Moskovaya gəlmişdi. Ona dedim ki, ana, institutda bir azərbaycanlı oğlan var və mən ondan qorxuram. Dedi, qızım, sən ona salam ver. İnstituta gedəndə gördüm yenə durub qapıda. Ona yaxınlaşıb salam verdim. O da məndən bu hərəkəti gözləmədiyi üçün salamımı alıb,  özünü itirdi. Bununla da tanışlığımız başladı. Sonralar etiraf elədi ki, məndən çox xoşu gəlirmiş, sadəcə yaxınlaşmağa cürət etmirmiş.

Dərslərdən sonra rəqs axşamları olanda heç kim məni rəqsə çağırmırdı. Fikirləşirdim ki, gözəl bir qızla niyə heç kim rəqs etmək istəmir? Sən demə, məni rəqsə çağırmaq istəyən oğlanları Ziya aparıb arxada döyürmüş.Rus qızlarının universitetdə ondan ötürü ürəyi gedirdi. Bütün günü onu öpürdülər.

Sonra Ziya mənə evlilik təklif etdi. Biz evlənəndə o qədər kasıb idik ki, nikah zamanı mənə bağışlanılan çəkmələrimi toydan sonra yemək almaq üçün satmağa məcbur oldum. Evlənəndə cibimizdə avtobus pulu belə, yox idi. VVAQ-dan çıxanda qalacağımız yataqxanaya qədər olan 15 km yolu piyada getdik.

1954-cü ildə Ziya artıq dissertasiyasını müdafiə etmişdi. Moskvada bizim üçün yeni imkanlar yaranırdı. Amma Ziyanın vətən həsrəti bitmirdi. Buna görə də etirazlarıma baxmayaraq, Azərbaycana qayıtdı. Mən və oğlum Cəmil Moskvada qaldıq. Amma gördüm ki, alınmır, Ziya da Cəmil də bir-birlərinin xiffətini çəkir .Ona görə də Azərbaycana gəlməli olduq. Mən onda Azərbaycan radiosunun türk verilişləri şöbəsinin baş redaktoru vəzifəsində çalışırdım.

Ziyanın Allaha inamı çox idi. Quranı tərcümə edəndə böyük həvəslə üzərində işləyirdi. Deyirdi ki, elə tərcümə etmək lazımdır ki, savadsız da başa düşsün. Hamısını detallı açmaq lazım idi. Onun tərcümə etdiyi Quranı İordaniyada da yüksək qiymətləndiriblər.

Bilirsiniz ki, Ziya müharibədə cərimə batalyonunda xidmət edib. Buna səbəb komandirinin yalandan üzlərinə durması olub. Söz Ziyaya elə təsir edib ki, cərgədə ikən komandiri güllə ilə vurub. Ona görə də vəzifəsini aşağı salıb onu cərimə rotasına komandir təyin edirlər. Ziya çox çətin tapşırıqları, əməliyyatları yerinə yetirir. Buna görə də ona Sovet ittifaqı Qəhrəmanı adı verilir və müharibə bitdikdən sonra Berlinin Pankovo rayonunun komendant köməkçisi təyin edirlər. Amma bütün bunların nəticəsində onda kontuziya yaranmışdı. Birdə görürdün ki, işlədiyi yerdə ağzından köpük gəlir.

Sizinlə söhbət etdikcə onun bu barədə mənə yazdığı bir kəlmə yadıma düşdü. O bir dəfə mənə yazmışdı ki, “istəyirəm həmişə mənim yanımda olasan. Və sənin gülüşün mənə güc versin”.

Mən nələr çəkməmişəm! 3 kişi itirmişəm! Bəxtiyar Vahabzadənin yoldaşı deyir ki, “sən dəmirdənsən”. Mən isə deyirəm ki, yox, mən də sənin kimi qadınam.

Bizimlə söhbət etdikcə Tahirə xanımın gözləri yaşla dolur, hönkür –hönkür ağlamamaq üçün özünü güclə saxlayır. Özünü toxtadıb növbəti xatirələrini danışır:

– Bir də görürdün ki, Ziya əli dolu içəri girdi. Deyirdim, Ziya bu nədir? Deyirdi “mən heç nəyə pul verməmişəm, bazarda satıcılar veriblər”. İnsanlar onu çox sevirdi.

Hərdən qadınlar zəng edib Ziyaya görə məni söyürdülər ki, o sənin nəyinə vurulub, yanında qalıb. Yəni xanımların da ona xüsusi rəğbəti, sevgisi var idi. Buna görə də mənə paxıllıq edirdilər. Ziya mənim üzümə deməsə də, başqalarının yanında məni tərifləyər, sevdiyini bildirərdi. Di gəl ki, bunu bir dəfə də olsun yanımda deməzdi (gülür). Bir ata kimi də uşaqlarına qarşı qayğıkeş idi. Övladlarını çox sevirdi.  

Düzlük, səmimilik olmayanda əsəbiləşirdi, bax o zaman kobud olurdu. Hətta elə an söyüş də söyə bilərdi.

Ölümünü elə bil ki, hiss etmişdi. Fevral ayı idi. Ziya kabinetindən çıxıb dedi ki, “Tahirə, pis yuxu görmüşəm”. Mən ondan yuxusu barədə soruşanda o heç nə demədi. Sonra hazırlaşıb alimlərlə hüzr yerinə getdi. Mərhumla yaxın dost idilər. Sən demə, orada çıxış edir və nitqinin sonunda üzünü qəbirə tərəf tutub deyir: “Səni yuxuda görmüşəm Cahangir, deyirsən, darıxmışam. Darıxma, yaxınlarda görüşəcəyik”.

Bundan 10 gün sonra, fevralın 21-də Ziya öldürüldü. Həmin gün heç vaxt yadımdan çıxmaz. Mən bilirdim ki, Ziyanı öldürəcəklər. Aynabənddə durub çölə baxırdım. Ziyanın evə gəlmək vaxt idi. Gördüm ki, Ziya əlində çörək bloka yaxınlaşır. Yuxarı baxıb mənə əl elədi və bloka girdi. Birdən səs eşitdim və tez aşağı düşdüm . Artıq gec idi, Ziyanı vurmuşdular. Həyatımın birinci kədəri beləcə başladı.

İkinci kədərim isə oğlum Cəmilin övladı, 20 yaşlı nəvəmin Amerikada öldürülməsi oldu. O çox yaxşı oxuyurdu. Qərara aldıq ki, onu təhsil alması üçün Amerikaya göndərək. Onda Ziya rəhmətə getmişdi. Orada onu tikə-tikə parçaladılar. Rəsul Quliyev zəng etdi ki, “nəvənizi öldürüblər, gəlin aparın”. Atası Cəmil onun xiffətinə dözə bilmədi. Bax beləcə, həyatım alt-üst oldu. İndi bir oğlum Heydər qalır. Onun ailəsi var, ayrıca yaşayır. Mən isə gördüyünüz bu evdə kədərimlə yaşayıram.

Oğlum Cəmil və Nəvəm Musa - əbədi ayrılıqdan əvvəl çəkilmiş sonuncu şəkil...

Ziya rəhmətə gedəndən sonra Murtuz Ələsgərov dedi ki, Milli Məclisə gəl, sən onun yadigarısan. Ona dedim ki, axı mən kitabxanaçı deyiləm. Dedi, eybi yox, gəl burada ol.

***

Ziya Bünyadovun iş otağından fotolar

 

 

 

 

 

 
Şahanə RƏHİMLİ
Elçin AĞAYEV

xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
farid
26.01.2013, 12:47

Allah rehmet elesin !!!cox agir faciedir heqiqeten de

niko
26.01.2013, 16:01

Allah size sebir versin ziya muellim kimi insanlar tarixda cox nadir xallarda yetiwir.

kazim
26.01.2013, 16:02

qebri nurla dolsun

Suleyman
26.01.2013, 17:54

Allahin Ziya muellime rehmeti olsun. o sozun heqiqi menasinda boyuk alim esil sexsiyyet idi.Xalqimiz onu boyuk vetandas kimi sevir.vexatirlayir.

Qəzənfər
26.01.2013, 20:29

ALLAH ona rəhmət etsin! O, Azərbaycanda tarix elminin inkişafında əvəzsiz xidmətləri olan alimimiz, Quranı ana dilimizə tərcümə edən mömin müsəlman, cəsur, qorxmaz bir qəhrəman idi. ALLAH ona əl qaldıranlara və sifarişçilərə lənət etsin!

BÜNYADZADƏ ƏKRƏM
26.01.2013, 22:51

TARİX ELMİNİ MƏN PLASTİLİNƏ BƏNZƏTMİŞƏM, ÇÜNKİ SİYASƏT NAMİNƏ ONU DƏYİŞDİRİRLƏR. ZİYA MÜƏLLİMİN ELMİ ƏSƏRLƏRİ İSƏ QRANİT KİMİDİR. RƏHMƏTLİYİN AVTOQRAFLA MƏNƏ BAGİŞLADİGİ "AZƏRBAYCAN ATABƏYLƏRİ DÖVLƏTİ" KİTABİNİ OXUYANDAN SONRA ƏSİL TARİXÇİ ALİMİN NƏ OLDUGUNU ANLADİM. BURADA YAZİLAN HƏQİQƏTLƏRİ DƏYİŞMƏK VƏ YAXUD İNKAR ETMƏK MÜMKÜN DEYİL.

kifayet
27.01.2013, 00:49

Pis adamlar ölsün.Mən hələ o vaxt Ziya müəllimin ölümünə pis oldum.Böyük itkilərdir.Allah səbir versin.

Sema
27.01.2013, 20:17

Mən öncə də yazmışdım,amma nə sirrdir bilmirəm,verməyiblər. Tahirə xanımı salamlayıram.Siz doğrudanda dəmirdənsiz.Allah əzizlərinizə rəhmət eləsin,o dünyalarını versin. Siz yaşamalısız ki,onları yaşadasız.Amma fəxr edin,Ziya müəllimi pak,saf,ziyalı insanların hamısı sevir və unutmayacaq.Amma,onlara qıyan çaqqallar bəlkə it kimi gəbərəcəklər,heç kimin yadınada düşməyəcəklər.Bizim tarixi şəxsiyyətlərimizə qıyan şərəfsizlərin Tanrım nəslini,soy-kökünü qurutsun.

Rovshem
27.01.2013, 23:41

Azerbaycanda Ziya muellim boyda tarixci olmayib,inanmiram ki,yaxinlarda da olsun.Heyat yoldashina da sebr versin.

zahir
28.01.2013, 23:06

Allah rehmet elesin.Ziya muellim sozun esl menasinda dahi idi.Qatili ilede inshallah yeqinki haq dunyasinda qarsilasib ve haqqini geri alib

Shahroyar
07.02.2013, 10:02

Allah rehmet elesin Ziya muellime! Onu qetlini sifarish edenlere Allah lenet elesin ve cezalarini alsinlar! Ziya muellim kimi INSAN, ALIM ve Vetenperverden Azerbaycan torpagi yene yetishdirsin!!! Amin!

Zulqedem
21.02.2013, 16:19

Allah rehmet elesin...

sahin
10.10.2013, 06:42

Allah rehmet elesin qebri nurla dolsun.

telebe
11.10.2014, 22:12

allah rehmet elesin cooooooooooooooooooooooooooooox agir faciedir onun azerbaycana xidmeti cox olub gunahsiz yerede oldurulub allah yerini cennet elesin amin

telebe
11.10.2014, 22:14

allah ziya bunyadova rehmet elesin onun azerbaycana xidmetleri boyuk olub ama gunahsiz yere oldurulub allah yerini cennet elesin amin

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?
18.01.2019, 16:42

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18.01.2019, 16:26

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”
18.01.2019, 16:24

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”
18.01.2019, 16:22

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi
18.01.2019, 16:22

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər
18.01.2019, 16:18

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər

ARXİV