18 oktyabr 2018, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Hacıbaba Bağırovun 5 arvadı, həbsxana həyatı, aktrisa sevgilisi... - ARAŞDIRMA
Hacıbaba Bağırovun 5 arvadı, həbsxana həyatı, aktrisa sevgilisi... - ARAŞDIRMA
27.08.2013, 11:59

Hacıbaba Bağırov Azərbaycan teatr və kino sənətinin korifeylərindəndir. Sənətkarın genişşaxəli yaradıcılığıyla yanaşı, maraqlı və eyni zamanda da təzadlı şəxsi həyatı olub. Əvvəlcə sənətkarın tərcümeyi-halı barədə. Modern.az saytı Hacıbaba Bağırov barədə çoxlarının bilmədiyi faktlarla bağlı araşdırma aparıb.

Hacıbaba Bağırov 1932-ci ilin iyun ayının 6-da Bakının Maştağa kəndində dünyaya gəlib. Atası Ağarza kişi fəhlə imiş. Bu, onun tərcümeyi-halında belə göstərilir. Amma araşdırmamız zamanı məlum oldu ki, o vaxtkı “Passaj” bazarının direktoru olmuş Ağarza Bağırov Hacıbaba Bağırovun atasıdır. Ağarza Bağırov həmçinin uzun illər “Muskomediya”nın inzibatçısı işləyib.

Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. Əldə etdiyimiz məlumata görə, sənətkarın ana nənəsi polyak olub. Onlar əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.

1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra isə Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. H.Bağırovun yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrının uzun illər rejissoru olmuş Soltan Dadaşov oynayıb.

Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. Maraq üçün qeyd edək ki, aktyor 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.

Aktyorun tərcümeyi halında həmçinin onun 1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik etməsi də yer alıb.

1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z,Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda Cəsarət, S.Hacıbəyovun "Qızılgül"ündə Nadir, A.Məşədibəyovun "Toy kimindir?"ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir Adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" triollogiyasında Sonqulu, "Məhəbbət oyunu"nda Nuruş, "On min dollarlıq keyf"də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

Teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Sənətkarın filmoqrafiyasında isə bu ekran əsərləri yer alıb.

1. Aktrisanın təbəssümü (film, 1974)
2. Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: Məmmədəli
3. Bir az da Bahar bayramı (film, 1979)
4. General (film, 1970)
5. Gülüş sanatoriyası (film, 1989)
6. İstintaq davam edir (film, 1966)
7. Kişilər (film, 1984)
8. Qanun naminə (film, 1968)
9. Məhəllə 2 Moskvada (film, 2004)
10. Müşavirə (film, 1971)
11. Ömrün səhifələri (film, 1974)
12. Onun bəlalı sevgisi (film, 1980)
13. Pərdə arxasında (film, 1987)
14. Salam, Zeynəb! (film, 1982)
15. Sehrli çıraq (film, 1987)
16. Sonuncu məhəbbət (film, 1985)
17. Şirbalanın məhəbbəti (film, 1991)
18. Ulduz (film, 1964)

İndi isə xalq artistinin şəxsi həyatı barədə.

Yeri gəlmişkən, Hacıbaba Bağırov AzTV-nin keçmiş sədri, mərhum Elşad Quliyevin ögey qardaşıdır. Onlar ana bir, ata ayrıdırlar.

H.Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Deyilənə görə, zahiri görkəmiylə büsbütün Hacıbaba Bağırovu xatırladan Aleksandr atasının son günlərinə qədər ona baş çəkir, əlaqə saxlayırmış.

Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib, Aleksandr isə 60 yaşındadır.

Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Əldə etdiyimiz məlumata görə Almaz adlı qadın Qanköçürmə institutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Maraqlıdır ki, xalq artistinin  bu nikahdan övladı olmayıb.

Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən özününküləşdirib və “Bağırov” soyadına keçirib. Bu arada maraqlı bir faktı da qeyd edim. “Şirbalanın məhəbbəti” filmində Şirbalanın uşaqlarından ikisi məhz həmiin qızlardır. Çox güman ki, bu uşaqların həmin filmdə rol almaları aktyorun öz ideyası olub. Əslən Borçalıdan olan Tamara Ocaqova hazırda Dövlət Musiqili Teatrının direktor müavini işləyən Elxan Ocaqovun doğmaca əmisi qızıdır.

Sənətkarın sonuncu evliliyi isə özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən olan Şölə adlı qızı hazırda 5-ci isinif şagirdidir.

Aktyorun  şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyə Səfərova ilə də eşq macərası yaşadığı bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edirlər ki, bu, absurddur və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər:

“O iki şeyi çox sevirdi. Qadınlarla intim münasibətlər qurmağı və gözəl geyinməyi xoşlayırdı. Axı bəy nəslindən idi”.

Hacıbaba Bağırov müxtəlif dönəmlərdə iki dəfə müəyyən müddətdə teatrda qalmalı olub. Qısaca desək, bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o  həmkarı, xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb.

Deyilənə görə o vaxt teatr xadimi Nüsrət Fətullayevə Hökumət Evininin arxasında ikiotaqlı mənzil veriblərmiş, Hacıbaba Bağırov isə evsiz imiş.

Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin o vaktıki sədri Aydın Məmmədovun yanına gedib xahiş etməsindən sonra aktyora birotaqlı mənzil verilir və o bu evdə Almaz xanımla yaşayır. Onunla ayrılanda isə heç bir ev iddiası qaldırmır və yalnız pencəyini götürərək evdən çıxır.

Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra mərhum prezident Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində 3 yerdən mənzil verilir. Bu gün həmin mənzillər Hacıbaba Bağırovun sonuncu ailəsinə məxsusdur.

Hacıbaba Bağırov da bir çox komediya aktyorları kimi həyatda xarakter baxımından ciddi şəxsiyyət olub. Məsələ burasındadır ki, aktyorlar o, teatra daxil olan kimi qeyri-iradi olaraq özlərini yığışdırırmışlar. Buna baxmayaraq, rəhbəri olduğu teatrın aktyorlarına ən yaxın olan da H.Bağırov imiş. Hətta bəzən aktyorun prebleminə görə səlahiyyət sahiblərinə zəng vurub xahişlərdə bulunmağı da özünə ar bilməzmiş. Onu direktor kimi belə xarakterizə edirlər:

“Hacıbaba müəllimin dövründə teatrda böyük-kiçik yeri daha çox bilinirdi. Çünki özü də sənətkar idi və aktyorun nə istədiyini bilirdi”.

Xanım Qafarova, Rəsmiyyə Nurməmmədova kimi aktrisaları sənətkarın tələbəsi saymaq olar. Bu iki aktrisanın yetişməsində onun xüsusi xidmətləri olub.

Yəqin ki, H.Bağırovun əllərindəki “nakolka”ları görmüşdünüz. Çoxları bilmir ki, H.Bağırov ömrünün 4-5 ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son “ünsiyyəti” olub.

Deyirlər, insan öz ölümünü hiss edir. Sənətkarsın kollektivlə sonuncu görüşündə səsləndirdiyi fikirlər “ölüm-itim dünyasıdı, birdən görüşmərik…” olub.

Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə bir müddət xəstəxanada yatan sənətkar 2006-ci il oktyabr ayının 4-də 74 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!

İntiqam Valehoğlu  


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Alemzer Elizade
29.08.2013, 03:17

maraqlidi

gulya
30.08.2013, 22:40

maraqli tarxi ehemiyyetli melumata gore bilmirem nece twk edim size )))))) bize onun undulmaz seneti maraqldi. heyati ozune ve ailesine acik olmalidi. niye gore haqq dunyasinda olan bir insan nsanin kecmiwini axtarirsiniz? bundansa baw sindirib ermenilerle mubarize aparin . alardan bir weyoer axtariw edin ve en esasi da cavablarini verin .

hakim
28.02.2015, 04:43

çox maraqlı həyat hekayəsi var xebere görə təşəkkürlər.

ilahe mahmudova
28.02.2015, 21:19

Cox maraqki heyat hekayesi var,allah rehmet elesin,onun qizi oz aramizdaya gelende demediler kimin qizidi,amma men xalindan tanidim ,onun uzunde olan xalin eynisi hacibaba mellim dede var. Amma allahdan ons rehmet dileyirikse,qizina da wefa dileyek.

heqiqet xanim
08.07.2015, 08:03

menimcun hacibaba muallim ancaq dahidir,sexsi heyai da maraqlidir,20 defe de evli olsa onun sexsi heyatidii esas onun ozune ve basqalarina qoyduqu hormete baxin

muwviq
06.09.2015, 02:03

ALLAH REHMET ELESIN.

asadov nizami kelbecer r/u dasbulaq kendi
27.01.2016, 08:03

haclbaba baqlrov menim ucun dunyada en sevdiyim yegane aktyordu ALLAH ona rehmet elesin.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Putin Trampla münasibətləri HAQDA
18.10.2018, 17:18

Putin Trampla münasibətləri HAQDA

Heydər Əliyev Mərkəzində V ümumrespublika bilik yarışı keçirilidi
18.10.2018, 17:15

Heydər Əliyev Mərkəzində V ümumrespublika bilik yarışı keçirilidi

Manat və dolların sabahkı məzənnəsi
18.10.2018, 17:12

Manat və dolların sabahkı məzənnəsi

Türkiyə polisi İstanbul meşəsində Camal Qaşqçının meyitini axtarıb
18.10.2018, 17:08

Türkiyə polisi İstanbul meşəsində Camal Qaşqçının meyitini axtarıb

“Televiziya və radio yayımı haqqında” Qanun dəyişir   
18.10.2018, 17:06

“Televiziya və radio yayımı haqqında” Qanun dəyişir  

Tərtər rayonu tam qazlaşdırıldı
18.10.2018, 16:56

Tərtər rayonu tam qazlaşdırıldı

Oqtay Əsədov İtaliya Senatının sədrini qəbul edib 
18.10.2018, 16:35

Oqtay Əsədov İtaliya Senatının sədrini qəbul edib 

Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb - FOTOLAR
18.10.2018, 16:28

Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb - FOTOLAR

Azərbaycan və Türkmənistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalandı
18.10.2018, 16:15

Azərbaycan və Türkmənistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalandı

Nemət Pənahlı həbsdə qaldı
18.10.2018, 16:08

Nemət Pənahlı həbsdə qaldı

UNEC-də Dövlət Müstəqilliyinə həsr olunmuş iclas
18.10.2018, 16:00

UNEC-də Dövlət Müstəqilliyinə həsr olunmuş iclas

Polis soyğunçuluq edəni yaxaladı
18.10.2018, 15:52

Polis soyğunçuluq edəni yaxaladı

Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq” - MÜSAHİBƏ
18.10.2018, 15:46

Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq” - MÜSAHİBƏ

15 sığortaçının lisenziyası ləğv edildi
18.10.2018, 15:40

15 sığortaçının lisenziyası ləğv edildi

Azərbaycanlı doktorant Rusiyada qalib oldu
18.10.2018, 15:32

Azərbaycanlı doktorant Rusiyada qalib oldu

Azərbaycandakı ömürlük məhkumların STATİSTİKASI
18.10.2018, 15:21

Azərbaycandakı ömürlük məhkumların STATİSTİKASI

Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı
18.10.2018, 15:07

Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı

Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
18.10.2018, 15:00

Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə

Nazirliyin əməkdaşları çökən yoldakı ağaclara qulluq etdi
18.10.2018, 14:51

Nazirliyin əməkdaşları çökən yoldakı ağaclara qulluq etdi

“Lotu Quli” sərbəst buraxıldı
18.10.2018, 14:34

“Lotu Quli” sərbəst buraxıldı

Gədəbəydə at oğrusu tutuldu
18.10.2018, 14:27

Gədəbəydə at oğrusu tutuldu

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fəaliyyətə başladı - FOTO
18.10.2018, 14:20

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fəaliyyətə başladı - FOTO

Cəlilabadda “Niva” kanala aşdı, sürücü öldü
18.10.2018, 14:18

Cəlilabadda “Niva” kanala aşdı, sürücü öldü

Zakir Həsənov hərbi sərgidə - FOTO
18.10.2018, 13:50

Zakir Həsənov hərbi sərgidə - FOTO

Ordumuz “İQLA”dan döyüş atışları icra etdi - VİDEO
18.10.2018, 13:44

Ordumuz “İQLA”dan döyüş atışları icra etdi - VİDEO

Sabirabadda su kanalından meyit tapıldı
18.10.2018, 13:39

Sabirabadda su kanalından meyit tapıldı

“Niva” kanala düşdü - sürücü öldü
18.10.2018, 13:27

“Niva” kanala düşdü - sürücü öldü

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq
18.10.2018, 13:20

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq

Azərbaycanda 9 uşaq əcnəbilərə verilib   
18.10.2018, 13:13

Azərbaycanda 9 uşaq əcnəbilərə verilib  

İlham Əliyev:
18.10.2018, 13:12

İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır" - YENİLƏNİB

Gəncə Səhiyyə İdarəsinin rəisi vəzifədən azad edildi - Yeni TƏYİNAT oldu
18.10.2018, 13:07

Gəncə Səhiyyə İdarəsinin rəisi vəzifədən azad edildi - Yeni TƏYİNAT oldu

Rusiya səfiri Azərbaycan Dillər Universitetində olub - FOTO
18.10.2018, 13:01

Rusiya səfiri Azərbaycan Dillər Universitetində olub - FOTO

Bakıda 12 qadının mobil telefonunu oğurlayan şəxs tutuldu
18.10.2018, 12:58

Bakıda 12 qadının mobil telefonunu oğurlayan şəxs tutuldu

Azərbaycanda turistlər üçün "Qaynar xətt" açılacaq
18.10.2018, 12:57

Azərbaycanda turistlər üçün "Qaynar xətt" açılacaq

Koçaryan siyasətə qayıtdı - Yeni partiya yaradır
18.10.2018, 12:53

Koçaryan siyasətə qayıtdı - Yeni partiya yaradır

“Turizm strategiyasının hazırlanmasında mənim 25 illik təcrübəmdən istifadə edilib”
18.10.2018, 12:48

“Turizm strategiyasının hazırlanmasında mənim 25 illik təcrübəmdən istifadə edilib”

Sabah Bakıda qısamüddətli yağış yağacaq - PROQNOZ
18.10.2018, 12:42

Sabah Bakıda qısamüddətli yağış yağacaq - PROQNOZ

2019-cu ilin büdcəsi Milli Məclisin 5 iclasında müzakirə olunacaq - İLK DƏFƏ    
18.10.2018, 12:39

2019-cu ilin büdcəsi Milli Məclisin 5 iclasında müzakirə olunacaq - İLK DƏFƏ  

Soydaşımız Ukrayna Mədəniyyət Nazirliyi yanında mərkəzin Elmi Şurasının üzvü seçilib
18.10.2018, 12:35

Soydaşımız Ukrayna Mədəniyyət Nazirliyi yanında mərkəzin Elmi Şurasının üzvü seçilib

Çoban öldürdüyü adamı kanala atdı, digərini isə ağır yaraladı
18.10.2018, 12:30

Çoban öldürdüyü adamı kanala atdı, digərini isə ağır yaraladı

DOST Agentliyinin mərkəzləri 5 kateqoriyada olacaq   
18.10.2018, 12:23

DOST Agentliyinin mərkəzləri 5 kateqoriyada olacaq  

İlin sonunadək 25 mindən çox müəllimin biliyi yoxlanılacaq - FOTO
18.10.2018, 12:22

İlin sonunadək 25 mindən çox müəllimin biliyi yoxlanılacaq - FOTO

“Siyahıya düşməyən könüllü şəhid döyüşçülər araşdırılmalı, onlara da birdəfəlik ödəniş verilməlidir!” - DEPUTAT   
18.10.2018, 12:15

“Siyahıya düşməyən könüllü şəhid döyüşçülər araşdırılmalı, onlara da birdəfəlik ödəniş verilməlidir!” - DEPUTAT  

Azərbaycanda turistlər üçün "Qaynar xətt" açılacaq
18.10.2018, 12:08

Azərbaycanda turistlər üçün "Qaynar xətt" açılacaq

Sürüşmə zonasında  gərginlik qalmaqdadır - NAZİRLİK
18.10.2018, 12:02

Sürüşmə zonasında  gərginlik qalmaqdadır - NAZİRLİK

Azərbaycan baş nazirinin eks-müşavirinin kürəkəni güllələndi - FOTO
18.10.2018, 11:55

Azərbaycan baş nazirinin eks-müşavirinin kürəkəni güllələndi - FOTO

Müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb - NAZİRLİK
18.10.2018, 11:49

Müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb - NAZİRLİK

Cəlilabadda faciə: İki nəfər UÇQUN altında qaldı
18.10.2018, 11:44

Cəlilabadda faciə: İki nəfər UÇQUN altında qaldı

Şeyx Vyanaya gedir
18.10.2018, 11:42

Şeyx Vyanaya gedir

Bu gün hava tutulacaq
18.10.2018, 11:39

Bu gün hava tutulacaq

ARXİV