Arxiv
31 Dekabr 2016, 16:16 | MƏDƏNİYYƏT
Xarici ölkələrin orden və medallarını alan azərbaycanlı nazirlər - SİYAHI

Son illərdə  azərbaycanlı nazirlər ölkəmiz ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə həmin ölkələrin müxtəlif dövlət mükafatları, orden və medalları ilə təltif olunublar.

Modern.az saytı Azərbaycan nazirlərinin qazandığı mükafatları təqdim edir.

 

Baş nazir Artur Rəsizadə - Fransanın Şərəf Legionu Ordeni və Belarusun “Xalqlar Dostluğu” ordeni ilə mükafatlandırılıb. Hökumət başçısı bu mükafatlara ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

 

Xarici işlər naziri Elmar Məmmədyarov - Kolumbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı və gücləndirilməsində xidmətlərinə görə Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik komissiyasının "demokratiya uğrunda səylərinə görə Ali komandor" ,  2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Komandor” ordeni ilə təltif edilib.

 

Daxili İşlər naziri Ramil Usubov - 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni, 2007-ci il aprelin 19-da Rusiyanın «Döyüş həmrəyliyinə görə» medalı ilə təltif olunub.

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov - Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti doktor Çunq Vo Çonun təşəkkür diplomu, Rusiya FHN-i tərəfindən "Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı" ilə təltif edilib.

 

Nəqliyyat naziri Ziya Məmmədov - Rusiya Federasiyası Nəqliyyat Naziriyinin “Fəxri dəmiryolçu” mükafatı,  Rusiya Federasiyası Dərbənd şəhərinin “Fəxri vətəndaşı” adına layiq görülüb.

 

Təhsil naziri Mikayıl Cabbarov – Gürcüstan poaytaxtı Tbilisinin fəxri sakini adına layiq görülüb. O, bu adı 2009-cu ilin oktyabrında Tbilisi meri Georgi Uqulava və şəhər məclisinin qərarı ilə qəbul etmişdi.

 

Baş nazirin müavini Yaqub Eyyubov 2016-cı ilin martında Rusiya baş naziri Dmitri Medvedev tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılıb. Bu mükafat ona ikitərəfli iqtisadi və dostluq əlaqələrinin inkişafındakı xidmətlərindən dolayı verilib.

 

Energetika naziri Natiq Əliyev  Müstəqil Dövlətlər Birliyinin “Əməkdar energetiki” fəxri adı, Gürcüstanın “Şərəf ” ordeni, Fransanın “Milli Fəxri Legion” ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Qazaxıstanın “Kurmet” ordeni, “Qazaxıstanın müstəqilliyinin 20 illiyi” medalı, Beynəlxalq Akademiyaların orden və medalları, “Beynəlxalq münasibətlərdə Rumıniyanın və ümumdünya dəyərlərin inkişafında göstərdiyi yüksək xidmətlərə görə Rumıniyanın Fəxri Diplomu” ilə təltif olunub.



Mirmahmud KAZIMOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri AÇIQLANDI   19 Aprel 2019, 18:49 Ramil Usubov 372 nəfəri işə götürdü   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38