21 iyul 2018, Şənbə
Ana Səhifə - ÖLKƏ - Sahibkarların “dərisini soyan” icra başçıları - “İşlədikləri rayonu dədə-baba mülkü sayırlar”
Sahibkarların “dərisini soyan” icra başçıları - “İşlədikləri rayonu dədə-baba mülkü sayırlar”
05.07.2018, 11:52

Bəzi şəhər və rayonlarda sahibkarların yerli İcra hakimiyyətləri başçıları tərəfindən incidildiyinə dair siqnallar gəlməkdədir. Və bu, heç kimə sirr deyil ki, təzə xəbər də sayılmır. Şübhəsiz ki,  illərdir icra başçılarının təhdidlərinə dözən, onların qeyri-rəsmi göstərişləri əsasında qanunsuz ödənişlər edən sahibkarlar arasında bıçağın sümüyə dirəndiyi görəndə bu sahədən gedənlər az olmayıb. Özlərini az qala “əyalət padşahı” kimi aparan, sahibkarlar və iş adamları ilə  istədikləri kimi davranan bəzi icra başçıları isə “burda mənəm, Bağdadda kor xəlifə” iddiasından əl çəkənə oxşamırlar... Ta ki, söz-söhbət ölkə rəhbərliyi səviyyəsinədək gedib çatana kimi... 

Sahibkarlar yerlərdə haqsızlıqla üzləşir, icra başçılarına qeyri-qanuni "haqq" ödəməyə məcbur edilirlər.Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti sadə vətəndaşların vəziyyətini çətinləşdirdiyi kimi, sahibkarları da çıxılmaz durumlara salır.

Araşdırmalar da göstərir ki, bir sıra regionlarda kiçik və orta sahibkarlar rayon İcra hakimiyyətlərinin nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Yerlərdə büdcə vəsaitlərinin mənimsəmələri həyata keçirilir ki, bunun da başında icra başçıları və onların komandaları durur. Məsələn, bir rayon və ya şəhərdəki hansısa parkda, küçədə təmir-abadlıq işlərinə gərək olanda, icra başçıları bunu yerli sahibkarların boynuna qoyur, onları öz büdcələrindən vəsair xərcləməyə məcbur edir. Əvəzində sənədlərdə həmin işlərə guya dövlət büdcəsindən İcra hakimiyyətinə ayrılmış vəsaitin xərcləndiyi öz əksini tapır.


Ölkə başçısı İlham Əliyev də dəfələrlə keçirdiyi müşavirələrdə icra başçılarına özlərini yığışdırmaları barədə xəbərdarlıq edərək, "məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”,- deyə bildirib.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bu məsələni Modern.az-a şərh edərkən bir çox icra başçıları ilə vətəndaşlar arasında müxtəlif problemlərin olduğunu vurğulayıb:


“Bunu bütün icra başçılarına şamil etməzdim. Elə icra başçıları var ki onlar həqiqətən də xalqın içindədir. Problemləri həll etmək üçün bütün potensialını, imkanlarını sərf edirlər.
Təəssüf edirəm ki, bu cür icra başçılarımızın sayı azdır. Bəziləri ölkə prezidentinin sərəncamını aldıqdan sonra sanki təyin olunduqları rayona, şəhərə dədə-babalarından qalma mülk kimi baxırlar. Belə hallar təəssüf doğurur və narazılığa gətirib çıxarır”.


Deputat bildirib ki, xalqa qarşı laqeyd olan icra başçıları sahibkarlara da, iş adamlarına da eyni halı yaşadırlar:

“İş adamlarına donor, maliyyə, əlavə gəlir mənbəyi kimi yanaşırlar. Bu doğru deyil. Belə hallara son qoyulmalıdır. Onlar ittiham olunmaqla bərabər, ciddi şəkildə tənqid edilməli, qınaq obyektinə çevrilməlidir. Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə müxtəlif çıxışlarında deyib ki, “xalqın ən böyük xidmətçisi mənəm. Mən sizi təyin edirəm ki, xalqa xidmət edəsiniz”.
Ancaq bəzi adamlarda abır-həya yoxdur. Bunu necə eləyəsən? Kim ki daha çox pul qazanmaq istəyir, məmur işləməsin. Həmin adam gedib sahibkarlıqla məşğul olsun. Getsin həmin sahədə pul qazansın. Ancaq dövlət məmuru səlahiyyətindən istifadə edib insanları incitməklə və ən müxtəlif yollarla özünə var-dövlət yaratmalı deyil”.


F.Ağamalı qeyd edib ki, yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyev yeni bir xətt götürüb.

“Bu və buna bənzər hadisələrə özünün birmənalı və barışmaz mövqeyini ortaya qoyub. Bir tərəfdən islahatların aparılması ilə ölkədə sahibkarlığın inkişafına mane olan əngəllər aradan qaldırılır. Baxın, ölkə başçısı bununla əlaqədar sərəncamlar imzalayır, sahibkarlığın inkişafına xidmət edən  qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı Milli Məclis qarşısında təşəbbüslərlə çıxış edir. Başqa bir tərəfdən isə yeni düşüncəli insanları yüksək vəzifələrə təyin edir. Son təyinatlar dediklərimə misaldır. Xüsusi olaraq, Vergilər Nazirliyində, Gömrük Komitəsində təyinatlar və bu sahələrdə ciddi dəyişikliklər, islahatlar dediklərimə misaldır”.

 

Deputat əminliklə deyib ki, icra strukturlarında da islahatlar aparılacaq.

“Artıq bu islahtların ilkin əlamətləri özünü ifadə etməkdədir. Düşünürəm ki, icra başçıları siyasi yükü öz üzərilərində daşımalıdır.  Əslində bu çox şərəfli vəzifədir. “Sahibkarın qazandığı pulun müəyyən və çox hissəsini müxtəlif yollarla almalıyam, götürməliyəm” psixologiyası və həyat tərzi ilə yaşayanlar  nə xalqa, nə prezidentə, nə də dövlətə xidmət edir. Bu cür insanlar xalqın dövlətə qarşı etimadını zəiflədirlər. Bu da yolverilməzdir. Bu gün biz çox gözəl bir nümunəni yaşayırıq ki, xalqla-prezident arasında etimad, güvən mühiti var. Məmurların hər hansı bir addımı da buna xidmət etməlidir”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO
21.07.2018, 00:58

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA
21.07.2018, 00:44

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB
21.07.2018, 00:31

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı
21.07.2018, 00:15

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC
20.07.2018, 23:57

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
20.07.2018, 23:46

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan nefti bahalaşıb
20.07.2018, 23:32

Azərbaycan nefti bahalaşıb

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”
20.07.2018, 22:57

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır
20.07.2018, 22:43

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər
20.07.2018, 22:28

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub
20.07.2018, 22:15

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub

Suyun çirklənmə səviyyəsi artıb
20.07.2018, 21:59

Suyun çirklənmə səviyyəsi artıb

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı
20.07.2018, 21:45

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı

Bu rayona 6 ayda 22 min 898 turist gəlib
20.07.2018, 21:31

Bu rayona 6 ayda 22 min 898 turist gəlib

Füzulidə taxıl sahəsi yandı
20.07.2018, 21:16

Füzulidə taxıl sahəsi yandı

İlham Əliyevin Fransaya səfəri başa çatıb
20.07.2018, 21:06

İlham Əliyevin Fransaya səfəri başa çatıb

İranın neft anbarında partlayış: 2 ölü   
20.07.2018, 20:54

İranın neft anbarında partlayış: 2 ölü  

Bakıda intihar edən qızın yeni görüntüləri – Video
20.07.2018, 20:40

Bakıda intihar edən qızın yeni görüntüləri – Video

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov
20.07.2018, 20:27

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov

Su anbarında batan şəxsin meyiti tapıldı
20.07.2018, 20:14

Su anbarında batan şəxsin meyiti tapıldı

Nazir şikayətləri dinlədi
20.07.2018, 20:01

Nazir şikayətləri dinlədi

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB
20.07.2018, 19:53

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
20.07.2018, 19:51

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir
20.07.2018, 19:40

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı
20.07.2018, 19:27

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı

Erməni çağırışçılar kütləvi dava saldılar
20.07.2018, 19:22

Erməni çağırışçılar kütləvi dava saldılar

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
20.07.2018, 19:09

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR
20.07.2018, 19:00

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar
20.07.2018, 18:49

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub
20.07.2018, 18:28

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Prezident Belçika Kralını təbrik edib
20.07.2018, 18:15

Prezident Belçika Kralını təbrik edib

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi
20.07.2018, 18:12

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 
20.07.2018, 18:03

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”
20.07.2018, 17:48

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”

Ermənistanda xarici diplomatın evi yarıldı
20.07.2018, 17:46

Ermənistanda xarici diplomatın evi yarıldı

ARXİV