Modern.az

Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI

Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI

İqtisadiyyat

Bu gün, 10:33

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti azalıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,01 ABŞ dolları və ya 3,89 faiz ucuzlaşaraq 74,36 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı qiymət büdcədə nəzərdə tutulan göstəricidən yüksək olaraq qalır.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada