Pakistanda 5,5 maqnitudalı zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin maqnitudası 5,5 olub. Hələlik hadisə nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, bundan bir neçə saat əvvəl – cümə günü axşam saatlarında Pakistanda daha bir zəlzələ qeydə alınmışdı. Milli Seysmologiya Mərkəzinin məlumatına əsasən, həmin yeraltı təkanların maqnitudası 5,3 olub və ocağı 75 kilometr dərinlikdə yerləşib.
Hazırda aidiyyəti qurumlar tərəfindən vəziyyət nəzarətdə saxlanılır.