Arxiv
26 mart 2019, 08:55 | DİASPOR
İsraildə Azərbaycan musiqisini təbliğ edən Semyon Rabayev

Bizimlə uzun illər eyni cəmiyyətdə yaşamış, bu gün dünyanın müxtəlif ölkələrində məskunlaşan Azərbaycan yəhudiləri sözün əsl mənasında diqqət və ehtirama layiqdirlər. Harada yaşasalar da Azərbaycan naminə soydaşlarımızdan az iş görmürlər. Çox vəfalı, sədaqətli olurlar. Bugünkü qəhrəmanım onlardan biri, Senya Salman kimi tanınan Semyon Rabayevdir.

O, 1950-ci ildə Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub. 1971-ci ildə oranı mühəndis- iqtisadçı kimi başa vurub. 1971-1981-ci illərdə Elektromaş elmi-istehsalat birliyində kiçik elmi işçidən başlayaraq laboratoriya müdiri vəzifəsinədək yüksələ bilib. 1981-1983-cü illərdə Bakı Avtomobil Zavodunda plan-iqtisadiyyat şöbəsinə rəhbərlik edib. 1983-cü ildə yenidən "Elektromaş"a qayıdıb və 1990-cı ildə İsrailə köçənədək orada laboratoriya müdiri vəzifəsində çalışıb…

…Böyüyüb boya-başa çatdığı ailə çoxuşaqlı olub. Atası Zaxaryo Rabayev kamança ifaçısı idi. Əvvəllər Zabrat Mədəniyyət Evində ansambla rəhbərlik edib. Sonradan böyük ailəsini dolandırmaqdan ötrü işini dəyişərək Bakı Çaxır Zavodunda ekspeditor işləyib. Qardaşı Daniil Rabayev Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, uzun illər M.F.Axundov adına Opera və Balet Teatrında baletmestr vəzifəsində çalışıb.

Ömür-gün yoldaşı Anya xanım Bakıda yaşayarkən təşkilatlardan birinin mühasibi olub. Hazırda təqüddədir. Üç övladı var, bir oğlan, iki qız. Qızları ali təhsillidir, oğlu isə aşpaz işləyir…

İsrailin Hayfa şəhərinə gəldiyi ilk illərdə çox çətinlikləri olub. İvrit dilini öyrənməkdən ötrü "İLPAN" məktəbində oxuyub. Vergi idarəsinə işə düzələnədək müxtəlif yerlərdə çalışıb və məşhur Texnion İnstitutunu bitirib.
1993-cü ildən 2014-cü ildə təqüdə çıxanadək vergi idarəsində arxiv rəisindən başlayaraq qrup rəhbəri vəzifəsinə qədər yüksələ bilib…

…Azərbaycan mahnılarını oxumaqla yanaşı, kamançada da mükəmməl ifa edir. Müəllimi əməkdar artist, tanınmış kamança ustası Abdulla Abdullayev olub. İndiyədək dörd SD diski çıxıb. Həmin disklərdə yəhudi, rus mahnıları ilə yanaşı, Azərbaycan mahnıları da yer alıb. Tezliklə instrumental ansambl yaratmağı planlaşdırır. Hazırda Bakı haqqında mahnı üzərində işləyir…

Deyir ki,- "Bəlkə də inanmayacaqsız, elə günüm olmayıb ki, Azərbaycanı düşünməyim. Keçmiş 1 may küçəsində, dəmiryolu vağzalının qarşısındakı meydanda gəzib-dolaşmaqdan ötrü çox darıxıram. Bakıda hazırlanan göyərti qutabı, düşbərə, lüləkabab üçün burnumun ucu göynəyir. Tez-tez Azərbaycan televiziya kanallarını seyr edirəm. Sevinirəm ki, Azərbaycan son illər xeyli inkişaf edib. Canım-gözüm Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib”…

Muğamın, eləcə də xalq, bəstəkar mahnılarımızın vurğunudur, saatlarla dinləsə yorulmaz. Azərbaycan mahnılarını İsraildə sevə-sevə təbliğ edən bu mehriban, gülərüz insanın sözlərindəki səmimiyyəti duymamaq mümkün deyil. Azərbaycana o qədər bağlıdır ki, bütün söhbətimiz boyu bu sevginin təsiri altında olduğunu gözlərindən oxuyurdum. 

Bu ilin aprel ayında "İsrail Azərbaycan Cəmiyyəti"nin xətti ilə Bakıya dəvət olunduğunu söyləyir. Artıq səfər proqramını da hazırlayıb - konsert və doğma Bakıda istirahət…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34