Modern.az

Gəmi batdı, 400 mühacir öldü

Gəmi batdı, 400 mühacir öldü

15 Aprel 2015, 11:36


Liviyadan İtaliyaya hərəkət edən gəmi batıb. Nəticədə 550 sərnişindən 400 nəfəri ölüb, yalnız 150 sərnişin xilas edilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, batan gəminin bütün sərnişinləri İtaliyaya keçmək istəyən mühacirlər olub. Məlumata görə, mühacirləri daşıyan gəminin 150 sərnişini İtaliya xilasediciləri tərəfindən xilas edilib.

Bu qəzaya uğrayan ilk mühacir gəmisi deyil. Bir müddət öncə Afrikadan İtaliyaya keçmək istəyən 300 mühacirdən ibarət gəmi də qəzaya uğrayıb.  

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir