Modern.az

Azərbaycanda hərbi zavodda partlayış: 1 nəfər öldü və 19 nəfər yaralandı - YENİLƏNİB

Azərbaycanda hərbi zavodda partlayış: 1 nəfər öldü və 19 nəfər yaralandı - YENİLƏNİB

6 İyul 2015, 13:56



Modern.az saytı xəbər verir ki, bu gün Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib. Müdafiə Sənayesi Nazirliyinin şəhərdəki Telemexanika Zavodunda partlayış olub.

Qəza zamanı zavodun sexlərindən birində baş verib.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Telemexanika" zavodu 1981-сi ildə "Сihazlar" zavodu adı altında fəaliyyətə başlayıb. 1988-сi ildə "Сihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərib. 1991-сu ildə "Telemexanika" İstehsalat Birliyi yaradılıb. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub.

2006-сi ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.

XXX

Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə qəza zamanı bir nəfərin öldüyünü təsdiqləyiblər.

Stansiyadan bildirilib ki, qəza zamanı yaralananlar olsa da, onların sayı barədə hələlik məlumat yoxdur. Hazırda briqadanın əməkdaşları hadisə yerindədirlər.

***
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə 5 həkim briqadası gedib.

Xəsarət alanların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub.

Müdafiə sənayesi naziri Yavər Camalovun hadisə yerində olduğu bildirilir.

Yeri gəlmişkən, Şirvan şəhərinin icra başçısı nazir Yavər Camalovun qardaşı Mərdan Camalovdur. M.Camalov 18 aprel 2005-ci ildən burada icra başçısı işləyir.

***

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.

S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.

MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir