Modern.az

Rabitə operatorlarının çağrı mərkəzləri işləməyəcək

Rabitə operatorlarının çağrı mərkəzləri işləməyəcək

14 May 2022, 19:14

"155" çağrı mərkəzinin, o cümlədən "109" məlumat xidmətinin işini təkmilləşdirmək və xidmət keyfiyyətini artırmaq məqsədilə may ayının 14-dən 15-nə keçən gecə saat 01:00-dan 08:00-dək texniki-profilaktik işlər həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, "Baktelecom"dan verilən məlumata görə, bu müddət ərzində müraciətlərin qəbulu sayt və sosial şəbəkələr üzərindən mümkün olacaq.

 

"Aztelekom"dan da bildirilib ki, profilaktik işlər qeyd edilən vaxtda müəssisəyə aid "170" Çağrı mərkəzi üzrə də aparılacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi